ŞEİR YAZMAQ İSTƏYİRƏM - Bəradər Səməndərli(Xanəliyev)
ŞEİR YAZMAQ İSTƏYİRƏM
Yenə gəncliyimi çözələyirəm,
Üfürüb tüstümü köz eləyirəm.
Köhnə dərdlərimi təzələyirəm,
Dəyişir əhvalım, solur bənizim,
Şeir yazmaq istəyirəm əzizim.

Ötəri şan-şöhrət nəyinə gərək,
İnsan insanlıqla öyünə gərək.
Yaşamaq eşqilə döyünür ürək,
Nə qədər göz görür, əsməyir dizim,
Şeir yazmaq istəyirəm əzizim.

Odundu, közündü, külündü ömür.
Gününündü, ayındı, ilindi ömür.
Kinodu, əsərdi, filmdi ömür,
Bir gün köçəcəyəm, qalacaq izim,
Şeir yazmaq istəyirəm əzizim.

Gör kimlər dünyanın qonağı olub,
Zor günlər bir ömrün sınağı olub.
İslamın əbədi çırağı olub,
Tarixdə öz sözün deyib sufizm,
Şeir yazmaq istəyirəm əzizim.

Payıza döndükcə, saralır yarpaq,
Açır qucağını yarpağa torpaq.
Bugünkü qocadır dünənki uşaq,
Sabahkı külumdü bugünkü közum,
Şeir yazmaq istəyirəm əzizim.

Halallıq qarışıb harama indi,
Yarpağa daraşıb barama indi.
Sən Allah, duz tökmək yarama indi,
Onsuz da əlimdə qalıbdı üzüm,
Şeir yazmaq istəyirəm əzizim.

Bəradər, kölgələr çəkilən deyil,
Əyri tin-döngələr səkidən deyil.
Şərikli yengələr əkilən deyil,
Sürüklə, getsinlər, görməsin gözüm,
Şeir yazmaq istəyirəm əzizim.


Bəradər SƏMƏNDƏRLİ
(Xanəliyev)
09.02.2022

Son xəbərlər

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031