ANADAN DOĞULUB HAMI DÜNYADA - Bəradər SƏMƏNDƏRLİ(Xanəliyev)
Cənnət ayaqları altında olan bütün qadınları-ANAları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, xoşbəxtlik, sevinc-səadət, sevgi dolu sağlıqlı, ruzili-bərəkətli ömür arzulayır və bu şeiri onlara həsr edirəm!

ANADAN DOĞULUB HAMI DÜNYADA

Ana kainatın şah damarıdı,
O, sudan durudu, aydan arıdı,
Ana Yaradandı, ana Tanrıdı,
Dünyaya gətirir canı dünyada,
Anadan doğulub hamı dünyada.

Övladı yaşadır ananın südü,
Sanki, göz yaşıdır ananın südü.
Südlərin başıdır ananın südü,
Ayrıdır o südün tamı dünyada,
Anadan doğulub hamı dünyada.

Adam var dönukdü, zəmanə kimi,
Baxır anasına biganə kimi.
Başına dolanım pərvanə kimi,
Odur həyatımın şamı dünyada,
Anadan doğulub hamı dünyada.

Ölüm imtahandı, ömür sınaqdı,
İnsan bu dünyaya gələn qonaqdı.
Ana hər bir evdə yanan çıraqdı,
Onu əvəz edən varmı dünyada?
Anadan doğulub hamı dünyada.

Torpaq da ANAdı, Vətən də ANA,
Vətən torpağıdı vətəndə ANA.
Can verir övlada bətnində ANA,
Atanın olsa da qanı dünyada,
Anadan doğulub hamı dünyada.

Anadır həyatın dadı, mənası,
Bəradər anaya olmadı ası.
Onun ruhundadı Tanrı duası,
Ana Yer üzünün lamı dünyada,
Anadan doğulub hamı dünyada.


Bəradər SƏMƏNDƏRLİ
(Xanəliyev)

ANADAN DOĞULUB HAMI DÜNYADA - Bəradər SƏMƏNDƏRLİ(Xanəliyev)

Son xəbərlər

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31