Dünyada koronadan sağalanların sayı açıqlandı

Dünyada koronavirusdan sağalanların sayı 1 milyon 150 mini ötüb.
Axar.az xəbər verir ki, bu barədə "Vörldometers" məlumat yayıb.
Bildirilib ki, dünyada koronadan sağalanların sayı 1 milyon 150 mini 497 nəfərə çatıb.
Ən çox sağalma faktı ABŞ-da (178 min 235 nəfər) qeydə alınıb.