Koronavirusun dərmanı Londonda tapıldı, sorağı Bakıdan gəldi: - Həm də 1 manat 20 qəpiyə...
Koronavirusun dərmanı Londonda tapıldı, sorağı Bakıdan gəldi: - Həm də 1 manat 20 qəpiyə...
Xəbər verildiyi kimi, Böyük Britaniyada koronavirusun müalicəsi üçün tapılan dərman preparatının sınağından sonra Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayıb.
Təşkilatın yaydığı bəyanatda Oksford Universitetində aparılan sınağın “Dekzametazon” preparatının koronaviruslu xəstələrin ölüm riskini azaltdığını ortaya çıxartdığı vurğlanır. Bu, xüsusilə süni tənəffüs aparatına qoşulan xəstələr üçün ümiddir. Beləliklə, süni tənəffüs aparatına qoşulan xəstələrin ölüm faizini 20 faiz azaltmaq mümkündür. 16 iyunda Britaniya rəsmən bu dərman preparatının koronavirusdan müalicədə istifadəsini təsdiqləyib. Sözügedən ölkədə bu dərmanın bir qutusu 5 funt sterlinqə, təqribən 10 manata satılır.
Aparıcı dünya mətbuatının bu barədə xəbərləri dünya miqyasında sözügedən preparata marağı artırıb.
Turaztv.az Saqlamheyat.az-a istinadən bildirir ki, Cebhe.info-nun əməkdaşı bir neçə aptekdə “Dekzametazon” preparatının olub-olmadığı ilə maraqlanıb. Apteklərdəki ümumi vəziyyət onu göstərib ki, “Dekzametazon” fərqli qablaşdırmalarda var və qimətlər çox baha deyil. Belə ki, daxil olduğumuz apteklərdən birində “Dekzametazon” iynəsinin olduğunu və qiymətini dedilər:

“ “Dekzametazon” var, amma fərqli qablaşdırmadadır. Bu dərman çoxdan satılır. Əsasən allergiya və göz xəstəliklərində istifadə olunur. Yeni dərman deyil. Xüsusi tələbat hiss olunmasa da, ara-sıra alırlar. Bizdə iynəsi var. Bir ampulası 37 qəpikdir. Bir paçkada 25 ampula olur və qiyməti 9 manat 32 qəpikdir. Bunu sistemə də qatırlar”.

Başqa bir aptektə isə eyniadlı dərmanın tabletka formasının olduğunu və bahalı olmadığını dedilər: “ “Dekzametazon” varımızdır. Qablaşdırma fərqli ola bilər, amma eyni dərmandır. Bir listdə 50 tabletka olur və qiyməti 1 manat 20 qəpikdir. Koronavirusa qarşı istifadə olunan başqa bir dərman isə “Anaferon”dur. Onun da bir listində 20 tabletka olur və qiyməti 7 manat 91 qəpikdir. Hətta təlimat kağızında da koronavirus əleyhinə olduğu yazılıb. Bu dərmanın daha çox effekt verdiyini deyirlər”.

Həqiqətən də təlimat kağızında koronavirus əleyhinə olduğu qeyd olunub. Digər aptekdə isə “Dekzametazon” olmadığını dedilər: “ “Dekzametazon” yoxdur. Əvvəllər olurdu. İndi isə gəlmir. İynənin bir ampulası 40 qəpik idi. Olanları da satmışıq”.

Əli Bədir

Son xəbərlər

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN NOVBƏTİ GORÜŞÜ.. - FOTOLAR

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Serenay Sarıkaya saxlanıldı

ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO

Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031