Turaztv.az » Xəbərlər » QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO
Xəbərlər

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

25.05.2026, 00:24 115
​Mən Ana təbiətin vurğunuyam əzəldən,
Hər halını sevirəm, görüb zövq alıram mən.
Çiçəkli yaz səhəri, dumanlı qış gecəsi...
Seyr edib gözəlliyi, xəyala dalıram mən.

​Necə gözəl görünür, İlahi, həyat mənə,
Üzü gülüb bu dünya sevinəndə, güləndə!
Dolur ülvi duyğular bir andaca qəlbimə,
Yaratmaq eşqi ilə coşub-daşıram mən də.

​Bu gün də hiss eylədim bir bahar axşamını,
Səma təmiz, havadan cənnət ətri gəlirdi.
Baxdım əngin göylərə, sonsuz bir sevgi ilə,
Yerdən göylərə doğru ülviyyət yüksəlirdi.


Oxşar xəbərlər