MÜHARİBƏ PLANI HAZIRLANDI: Bu üç istiqamətdən hücum ediləcək - ŞOK DETALLAR
ABŞ analitikləri Rusiyanın Ukraynaya hücumunun üç istiqamətini müəyyən ediblər. Bu marşrutların hər üçü dəmir yollarına paralel keçir və logistika baxımından bütün zəruri imkanlara malikdir.

Turaztv.az AZSABAH.COM-a istinadən xəbər verir ki, Vaşinqtondakı strateji və beynəlxalq araşdırmalar Mərkəzinin (CSIS) analitikləri Rusiya-Ukrayna sərhədlərindəki hazırkı vəziyyəti, qoşunların cəmləşmə rayonlarını təhlil edərək belə qənaətə gəliblər ki, Rusiya ordusu şimal, mərkəz və cənub istiqamətindən Ukrayna ərazisinə girəcək. Habelə Azov dənizindən dəniz desantının çıxarılması və hava desantının dəstəyi ilə Odessa ələ keçiriləcək, nəticədə Ukraynanın dənizlə əlaqəsi kəsiləcək.
Analitiklərin fikrincə, əgər Rusiya Ukraynaya müdaxiləyə qərar versə şimal istiqamətindən qoşunlar Belarus üzərindən hərəkət edərək Kiyev ətrafındakı müdafiə xəttini kənardan keçəcək. Mərkəz istiqamətindən zərbə daha sonra qərbə istiqamətlənəcək və qoşunlar ölkənin dərinliklərinə doğru irəliləyəcək. Cənub istiqamətindən isə Perekop keçidi üzərindən olacaq.
MÜHARİBƏ PLANI HAZIRLANDI: Bu üç istiqamətdən hücum ediləcək - ŞOK DETALLAR

Mərkəzin analitikləri qeyd edirlər ki, əgər Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri Rusiyanın müdaxiləsinin qarşısını ala bilməsə o zaman Ukrayna daxilində işğalçı qoşunlara qarşı müqavimət hərəkatının formalaşdırılmasına diplomatik, hərbi və kəşfiyyat dəstəyi verməlidir.

“ABŞ və tərəfdaşları Rusiyanın Ukraynanı işğal etməsinə yol verə bilməz. Rusiyanın Ukrayna ərazisini tam və ya qismən işğal etməsi onun sənaye imkanlarını, işçi qüvvəsi potensialını və təbii resurslarını o dərəcədə artıra bilər ki, Moskva qlobal təhdidə çevrilər. ABŞ və Avropa yenidən bu səhvə yol verə bilməz”, - analitiklər qeyd edir.
MÜHARİBƏ PLANI HAZIRLANDI: Bu üç istiqamətdən hücum ediləcək - ŞOK DETALLAR



Xatırladaq ki, Rusiya durmadan Ukrayna sərhədlərinə tanklar və digər zirehli texnika, qırıcı-bombardmançılar, artilleriya və reaktiv yaylım atəşi sistemləri, “İsgəndər-M” operativ-taktiki raketləri cəmləşdirməkdədir. Britaniyanın “Daily Mail” nəşri peyk fotolarına istinadən Ukrayna həmsərhəd ərazilərdə səhra hospitallarının da qurulduğunu bildirir. Bu isə müharibəyə qərar verildiyini göstərən daha bir dəlildir. O cümlədən Rusiya rəsmilərinin son günlərdə istifadə etdikləri ritorika bu ölkənin Ukraynanı işğal planına qərar verdiyinə dəlalət edir. Məsələn, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov son günlərə qədər Ukraynaya hücum planlarını inkar edirdisə indi “Bloomberg”ə müsahibəsində bu ölkə ərazisində hücum silahlarının yerləşdirilməsinin mümkünlüyü haqda danışıb. “Biz inkar etməyə hazırlaşmırıq ki, Ukrayna ərazisində hücum silahları yerləşdirmək planlarımız var”, - Peskov belə deyib.

Ukrayna ərazisində hücum silahlarını isə Rusiya ancaq bu ölkəni işğal edəndən sonra yerləşdirə bilərdi.

virtualaz.org

Son xəbərlər

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Sənubər Səhər : Xeyr və şər təlatümü

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

NK-dan yeni qərar: Mustafayev sədr seçildi

Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...

Tarkan pulsuz konsert verəcək

Prezident seçkilərində namizəd olmayacağını açıqladı

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Türkiyədə gənc reper vəfat etdi - Fotolar

III Kəlağayı Festivalı Sumqayıtda keçirildi

SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər

SÖZÜN ƏTRİNİ DAŞIYAN ŞAİR - FOTO

Azərbaycan lideri İtaliya Prezidentini təbrik edib

Şəfəq Qəsəbəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə Tədbir Keçirilib

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930