BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

2 iyun 1938-ci ildə Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmış, 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmişdi.

1938-ci ildə ilk mülki aviasiya dəstəsi uçuşlara başladı. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.

Bəs, iyunun 2-də dünyada daha hansı hadisələr baş verib?

1. Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 1918-ci il 2 iyun tarixli qərarı ilə ölkədə ilk dəfə olaraq neft sənayesi milliləşdirilib.

2. 1935-ci ilin 2 iyun tarixindә Türkiyәdә bazar gününın tәtil günü olması qәrara alınıb.

3. 2 iyun İtaliya xalqının milli bayramıdır. 1946-cı ilin bu günü İtaliya respublika elan olunub.

4. 1953-cü ilin 2 iyun tarixində Böyük Britaniya və Şimali İrlaniyanın sabiq kraliçası 27 yaşlı II Yelizavetanın Vestminster sarayında tacqoyma mərasimi keçirilib.


Həmin dönəmdə İngiltərənin baş naziri olan Uinston Çörçil və Britaniya kilsəsinin müqavimətinə baxmayaraq, tacqoyma mərasimi ilk dəfə olaraq televiziya ilə nümayiş etdirilib. Məhz bu hadisədən sonra televizorların satışı kütləvi hal alıb.


6. 2 iyun 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı quruldu. Təşkilat Fələstin torpaqlarında olan bir çox qrupu bir dam altında toplayıb. Ən böyük qrup olan “Əl-Fəth”in lideri Yasser Ərəfat təşkilat yarandıqdan 5 il sonra onun perzidenti olub.

7. 1978-ci il iyunun 2-də erməni terrorçuları Türkiyənin İspaniya səfiri Zeki Kuneralpın dövlət maşınını atəşə tutublar. Silahlı hücum nəticəsində səfirin həyat yoldaşı Necla Kuneralp və təqaüdçü səfir Beşir Balcıoğlu dünyasını dəyişib.

8. 2 iyun 1993-cü ildə Azərbaycan dəmir yolunda ermənilər növbəti dəfə təxribat törədiblər.


Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonu partladılıb. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin casusu kimi Azərbaycana göndərildiyini, təxribatçı qrupun Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətdiyini etiraf edib.


9. 2 iyun 2012-ci ildə Misirin keçmiş prezidenti Hüsnü Mübarək ona qarşı nümayişə qalxan etirazçıların öldürülməsində günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edildi.

2 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur ingilis yazıçısı Tomas Hardi 1840-cı ilin bu günü dünyaya gəlib. (1840-1928)

2. 2 iyun görkəmli Azərbaycan alimi, yazıçı və dövlət xadimi Abbasqulu ağa Bakıxanovun xatirə günüdür. Görkəmli alim çar Rusiyası sarayında hərbi xidmətini başa vurduqdan sonra Məkkəni ziyarət edib. Ziyarətdən qayıdarkən elə Məkkə yaxınlığında 53 yaşında dünyasını dəyişib. (1794-1847)

3. "Əskiçi və oğulları","Xanımın təsərrüfatı” və "Bərəkətli torpaqlar üçün" əsərlərilə adını Türkiyə ədəbiyyatının görkəmli simaları sırasına yazdıran Orhan Kamal 1970-ci ilin 2 iyununda 66 yaşında vəfat edib. (1914-1970)


4. 2 iyun 1988-ci ildə böyük Hindistan rejissoru və aktyoru Rac Kapur (1924-1988) vəfat edib. “Avara”, “Cənab 420” və digər filmləri ilə Azərbaycan tamaşaçısının sevgisini qazanan Rac Kapur 1956-cı ildə Bakıya səfər edib, Azərbaycanın dahi müğənnisi, yaxın dostu Rəşid Behbudovun qonağı olub.


5. 1979-cu ilin 2 iyun tarixindә tanınmış kinorejissor Hüseyn Seyidzadə vəfat edib (1910-1979). Azәrbaycanın Milli kino tarixində özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” bədii filmlərini çəkib.

6. Azərbaycanın Milli Qəhrəmanı Novruz Qurbanov 2 iyun 1975-ci ildə anadan olub.

7. Azərbaycan boyakarı, Xalq rəssamı Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə dünyasını dəyişib.(Bizim.Media)

Son xəbərlər

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Millimiz AÇ-nin 1/4 finalında

101 yaşı var, hələ də maşın sürüb sevgi romanları oxuyur

Tramp İranla danışıqların uzanmasından narazıdır

Astara kəndlərində işığın verilməsində fasilə olacaq

Tramp Ankaraya gedəcək

Yunanıstan millisinin keçmiş müdafiəçisi vəfat etdi

40 yaşlı Luka Modriç Xorvatiyanın dünya çempionatı heyətinə daxil edilib

Rusiya Ermənistandan meyvə və üzüm idxalına məhdudiyyət qoyur

“Hizbullah” İsraillə atəşkəsi təsdiqlədi

Media: Aİ üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasına razılıq verib

Türkiyə millisi Şimali Makedoniyanı darmadağın etdi

Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq

"Kuruluş Osman"ın aktyoru yeni serialda

"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO

Mövqesiz insanlar , izsiz yaşayanlardır.

Gələn mövsüm onu “Kızılcık Şerbeti”ndə görməyəcəyik

Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar

Cəlilabadda milli-ədəbi layihə

AYNUR ZEYNALLI İNSANLARIN QƏLBİNDƏ TAXT QURUB - FOTOLAR

Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930