Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki... - NƏ BAŞ VERİR?

"Ukraynanın sərhədləri yaxınlığında Rusiyanın hərəkətliliyi ilə əlaqədar NATO ölkələri fəal addımlar atmağa hazır olduqları barədə Ukrayna hökumətini əmin ediblər". Bu barədə Ukraynanın Müdafiə naziri Aleksey Reznikov "ICTV" telekanalına bildirib. "Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənəcəyinə əmin oldum.

Ona da əmin oldum ki, alyans ölkələri ilə Aİ arasında qətiyyətli addımlar atmağa hazır olmaqla bağlı çox ciddi məsləhətləşmələr gedir. Bura həm siyasi və iqtisadi addımlar, həm də Ukraynaya müəyyən yardım daxildir" - deyə ukraynalı nazir bildirib. Reznikovun sözlərinə görə, o, ABŞ-da səfərdə olarkən ABŞ-ın müdafiə naziri ilə yanaşı, həm də Dövlət Departamentinin nümayəndələri, senatorlar və konqresmenlərlə görüşüb. "Eyni ifadə hər yerdə eşidilir: Rusiya tərəfindən Ukrayna ərazisinə birbaşa müdaxilə və təcavüz sözün bütün mənalarında onlara baha başa gələcək, biz bununla bağlı çox ciddi xəbərdarlıq edirik", - nazir vurğulayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya heç bir ölkəyə hücum etmək niyyətində deyil: "Biz artıq dəfələrlə müxtəlif səviyyələrdə bəyan etmişik ki, Rusiya heç kimə hücum etmək niyyətində deyil və heç bir aqressiv planı yoxdur. Bunun əksini söyləmək isə tamamilə yanlışdır. Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisində hər hansı yerdəyişməsini bu cür planlarla əlaqələndirmək tamamilə yanlışdır. Bu, belə deyil”.

Kremlin sözçüsü qeyd edib ki, Amerika və Ukrayna mediası Rusiyanın Ukraynaya qarşı təcavüzə hazırlaşdığını, Rusiya tərəfi isə Ukraynanın Donbasa, tanınmamış Luqansk və Donetsk Xalq Respublikalarına qarşı aqressiv fəaliyyət planlaşdırdığını iddia edir.

Rusiya və Ukrayna arasında gərginliyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münasibətləri müharibəyə doğru gedir. Ekspert qeyd edib ki, bu, qaçılmazdır:

“Hesab edirəm ki, indiki hədəf Rusiyanın Malikov vilayətini ələ keçirməkdir, çünki artıq Krım yarımadasını ələ keçirib və orada külli miqdarda silahlı birləşmələr yığır. Bilirsiniz ki, Krım yarımadası Qara dənizin şərq hissəsinin təhlükəsizliyi nöqteyi-nəzərindən vacib nöqtəsidir. Bu baxımdan da artıq bu yarımadının təkcə dənizdən deyil, quru istiqamətində də təchiz olunması lazımdır. Ona görə də Manipol və yaxındakı digər dəniz şəhərlərinin ələ keçirilməsi Rusiyanın planıdır”.

Ə.Əlibəyli vurğulayıb ki, Donbas müharibəsi getdikcə gərginləşəcək və genişlənəcək:

“İki ölkə arasındakı toqquşmalar son Ukraynanın ABŞ və digər Avropa ölkələri tərəfindən kəskin şəkildə silahlandırılmasını görsək də, düşünürəm ki, hazırda onun strateji müttəfiqi heç də o ölkələr deyil. Tamamən Türkiyədir. Türkiyənin vasitəçiliyi son anda yaydakı proseslərin təkrarlanmamasına imkan yarada bilər. Amma görünür ki, Rusiya təkcə Qara dənizin bütövlükdə şərq hissəsini və Qara dənizin şərq sahillərində Ukrayna hissəsində ələ keçirməklə bağlı niyyətli deyil, eksponsiyanı daha da genişləndirməyi düşünür. Bunu digər NATO ölkələrinə doğru edir, yəni Moldova ilə Dnestryanı ölkədən bura nəzarət edir, hətta ola bilsin ki, onun işğalını reallaşdırsın. Arxasınca, Rumıniya və Bolqarıstanın cəzalandırılması gözlənilir, yəni əgər NATO ilə toqquşmaya gedilərsə. Şübhəsiz ki, Belarus ilə Polşanın cəzalandırılması versiyaları da işə düşə bilər. Bir növ Rusiya artıq daxili problemlərindən xarici problemlərə doğru yönəlmək siyasətini keçib. Demək olar ki, məhz bu istiqamətdə siyasətini çoxvektorlu qurub”.

Son xəbərlər

“Yeraltı”nın yayımı dayandırılır?

Seçmə mərhələ: Azərbaycanın qadın futbol millisi Andorra ilə qarşılaşacaq

Başlıbel qətliamından 33 il ötür

Heç zaman bükülməz biləyim,Dağlar! - FOTO

Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR

Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq

Azərbaycan nefti ucuzlaşıb

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb

Dağıstan üçün 5 milyon ianə etdi

38 yaşlı sürücü sükan arxasında öldü

Məlahət Behbudqızı ✍️ : Həyat eşqi - FOTO

“Fənərbağça” xallar itirdi

Xəlil Mirzə : Məni bədbinlikdə suçlandırmayın - FOTO

Natella Nur ✍️ : Xoş gəlmisən bu dünyaya ay Sevinc! - FOTOLAR

“Hələ bununla bağlı qərar verməmişəm” - Tramp

Prezident ailəsi ilə Antalyada tədbirdə - Fotolar+Yenilənib

Maksimum bal toplayanlar - Oğlanlardır-Fotolar

Ukrayna-Suriya-Türkiyə üçtərəfli format inkişaf etdirilir

Livan prezidenti: İsraillə danışıqlar hüquqlardan imtina demək deyil

Xalq artistini həbslə hədələyən Vüqar Əhməd yazılanların ona aid olmadığını iddia etdi

“Neftçi”dən üzr istəyirəm” - Rəşad Sadıqov

Birinci xanımlar Antalya Forumunda - Foto

Sabah muzeylərə giriş pulsuz olacaq

BİR QƏLƏMİM, BİR VARAĞİM,BİR DƏ MƏN... - FOTO

Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930