
Xəbərlər
9.01.2022, 20:43
ONSUZ DA DƏRD BİZİ BİZDƏN ALIBDI - Bəradər SƏMƏNDƏRLİ
ONSUZ DA DƏRD BİZİ BİZDƏN ALIBDI
Sökmə hörgü-hörgü könül mülkünü,
Onsuz da dərd bizi bizdən alıbdı.
Tutqun gözlərdəki yaşdı ömrumuz,
İlləri qoparıb yüzdən alıbdı,
Onsuz da dərd bizi bizdən alıbd.
Daha "insaf" sözü lüğətdən çıxır,
Harınlar gör hansı sifətdən çıxır.
Əxlaqdan danışan "xizək"dən çıxır,
Ocağın həniri közdə qalıbdı,
Onsuz da dərd bizi bizdən alındı.
Təriflər ələnir buz ürəklərə,
Həriflər dilənir üzü minbərə.
Kəbə qapısına sürün min kərə,
Ədalət dediyin sözdə qalıbdı,
Onsuz da dərd bizi bizdən alıbdı.
Dəb düşüb, gəlinlər ərindən qaçır,
Düşünmür heç nəyi dərindən, qaçır.
Yoxsa ki, Şeytanın şərindən qaçır,
Hələ bir sifət də, üz də qalıbdı,
Onsuz da dərd bizi bizdən alıbdı.
İlahi, gör hansı zamana gəldik,
Yaxşını adlayıb yamana gəldik.
Şalı bəyənmədik, tumana güldük,
Yarıqlı yubkalar dizdə qalıbdı,
Onsuz da dərd bizi bizdən alıbdı.
Bəradər, azadsan, öz əlindəsən,
Borcundu haqq yolda hünər edəsən.
Üzünü tutasan, kimə deyəsən,
Qarıyıb dilimdə söz qocalıbdı.
Onsuz da dərd bizi bizdən alıbdı.
Bəradər SƏMƏNDƏRLİ
09.01.22
Sökmə hörgü-hörgü könül mülkünü,
Onsuz da dərd bizi bizdən alıbdı.
Tutqun gözlərdəki yaşdı ömrumuz,
İlləri qoparıb yüzdən alıbdı,
Onsuz da dərd bizi bizdən alıbd.
Daha "insaf" sözü lüğətdən çıxır,
Harınlar gör hansı sifətdən çıxır.
Əxlaqdan danışan "xizək"dən çıxır,
Ocağın həniri közdə qalıbdı,
Onsuz da dərd bizi bizdən alındı.
Təriflər ələnir buz ürəklərə,
Həriflər dilənir üzü minbərə.
Kəbə qapısına sürün min kərə,
Ədalət dediyin sözdə qalıbdı,
Onsuz da dərd bizi bizdən alıbdı.
Dəb düşüb, gəlinlər ərindən qaçır,
Düşünmür heç nəyi dərindən, qaçır.
Yoxsa ki, Şeytanın şərindən qaçır,
Hələ bir sifət də, üz də qalıbdı,
Onsuz da dərd bizi bizdən alıbdı.
İlahi, gör hansı zamana gəldik,
Yaxşını adlayıb yamana gəldik.
Şalı bəyənmədik, tumana güldük,
Yarıqlı yubkalar dizdə qalıbdı,
Onsuz da dərd bizi bizdən alıbdı.
Bəradər, azadsan, öz əlindəsən,
Borcundu haqq yolda hünər edəsən.
Üzünü tutasan, kimə deyəsən,
Qarıyıb dilimdə söz qocalıbdı.
Onsuz da dərd bizi bizdən alıbdı.
Bəradər SƏMƏNDƏRLİ
09.01.22
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












