
Xəbərlər
23.10.2021, 20:45
Veteran cüdoçular arasında keçirilən dünya çempionatında komandamız daha 3 medal qazanıb
Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında komandamız daha 3 medal qazanıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, cüdoçularımız Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) bürünc medala layiq görülüblər. Bununla da cüdoçularımızın qazandıqları medalların sayı 5-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Cüdoçumuz Tural Səfquliyev (M-1, 100 kq) isə yarışın bürünc medalını qazanıb. Komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.
Oktyabrın 24-dək davam edəcək dünya çempionatında 43 ölkədən 350-dən çox idmançı iştirak edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









