Azərbaycanın xarici işlər naziri NATO-nun xüsusi nümayəndəsi ilə görüşübOktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın NATO ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini bölüşdüyünü ifadə edərək, bir sıra istiqamətlərdə həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, beynəlxalq təhlükəsizliyin təmin olunmasında bölüşülən dəyərləri və bu xüsusda, Azərbaycan sülhməramlılarının NATO əməliyyatlarında iştirakını qeyd edib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı NATO-nun zirvə görüşləri nəticəsində qəbul edilmiş birgə bəyanatlarında tərəfdaş ölkələrin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstək mövqeyinin tərəfimizdən yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov NATO-nun xüsusi nümayəndəsinə bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan tərəfindən onilliklər ərazində həyata keçirilmiş, tarixi-mədəni və dini irsimizin məqsədyönlü dağıdılması siyasəti, qeyri-qanuni fəaliyyət və nəticələri, hazırda Azərbaycan Hökuməti tərəfindən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə ərazilərin minalardan təmizlənməsi, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Ərazilərimizin işğalı amilinin aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu NATO rəsmisinin diqqətinə çatdırılıb.

Xüsusi nümayəndə Xavyer Kolomina Piriz bölgəyə reallaşdırdığı səfəri çərçivəsində Azərbaycan tərəfi ilə müzakirələrin bölgədəki cari vəziyyətlə bağlı ətraflı məlumatın əldə edilməsi baxımından çox faydalı olduğunu bildirib. Azərbaycan sülhməramlılarının Türkiyə qüvvələri ilə birgə Əfqanıstanda fəaliyyəti, xüsusilə də Kabil hava limanından vətəndaşların təxliyəsi ilə bağlı fəaliyyəti yüksək qiymətləndirilib və bununla bağlı xüsusi nümayəndə müttəfiq ölkələrin adından təşəkkürünü ifadə edib. O, NATO-nun Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin NATO-Azərbaycan tərəfdaşlıq gündəliyi, habelə gələcək perspektivlər üzrə fikir mübadiləsi aparıblar.

Azərbaycanın xarici işlər naziri NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Son xəbərlər

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

“Space TV”nin bank hesablarına həbs qoyuldu

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Milli Məclisin deputatı İranda səfərdədir

Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir

Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ

“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

Marşrutlar dəyişə bilər, etibar dəyişməz - “Sara Logistics” MMC - Fotolar

İki reklamdan 75 milyon alacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031