Müharibənin bir ili: Ermənilər nə düşünür?
2020-ci il sentyabrın 27-si Qarabağ münaqişəsinin gedişatında əsaslı dönüş etdi. Azərbaycanın başladığı əks-hücum əməliyyatı nəticəsində 30 il Qarabağı işğalda saxlayan Ermənistan ordusu 44 gün ərzində tamamilə darmadağın edildi və kapitulasiya etdi.

Beləliklə, 27 sentyabr Ermənistanda təqvimin məğlubiyyəti xatırladan çoxsaylı günlərindən birinə çevirilib.

Rusiyanın “Moskovski Komsomolets” qəzetinin əməkdaşı II Qarabağ Müharibəsinin başılanmasının 1-ci ildönümü ilə bağlı Ermənistan və Qarabağın sülhməramlıların müvəqqəti nəzarəti altındakı ərazisinə səfər edərək cəmiyyətin əhval-ruhiyyəsini və müharibə barədə fikirlərini öyrənməyə çalışıb.

“Ötən qışla müqayisədə erməni cəmiyyəti sakitləşib. Amma müharibənin başlanmasının və onun nəticələrinin səbəblərini adekvat analiz edən yoxdur”. Bunu Yerevanda yerləşən Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan söyləyir.

Ekspert Qarabağ məğlubiyyətinin Ermənistan üçün sarsıdıcı olduğunu təkrarlayıb:

“Son 30 il ərzində hazırlanan ordu darmadağın oldu, məğlubiyyətdən isə nəticə çıxarılmadı. Halbuki bu barədə müzakirələr hələ müharibənin ilk günlərində aparılmalı idi. Amma görünən odur ki, indi də nəticə çıxarmaq ehtyacı yoxdur. İctimai müzakirələrdə müxtəlif fikirlər – Paşinyanın ünvanına şəxsi ittihamlardan tutmuş Dağlıq Qarabağın hələ 1990-cı illərdə Azərbaycana qaytarılmalı olduğuna dair fərqli versiyalar səsləndirilir”.

Ermənistanlı jurnalist David Qalstyan isə sülhməramlıların nəzarət etdiyi ərazidə yaşayan ermənilərin problemlərinə toxunub:

“Ən böyük problem insanların yerləşdirilməsi ilə bağlıdır. Tikinti işlərinin əsas hissəsi Xankəndidə aparılır. Ora Hadrut və Şuşadan olan ermənilər köçürülməlidir. Digər ərazilərdə də yeni qəsəbələr salınır amma boş torpaq çox azdır. Bundan başqa, bir çox yaşayış məntəqələri Azərbaycan Ordusunun mövqelərinə çox yaxındır. Su və elektrik enerjisi ilə bağlı problem də ciddidir. Əvvəl, Qarabağdan Ermənistana da elektrik enerjisi verilirdi. Amma müharibədən sonra əksər Su Elektrik Stansiyaları itirildi. Bundan başqa, kənd təsərrüfatı üçün geniş əkin sahələrindən də artıq istifadə etmək mümkün deyil”.

Jurnalistin fikrincə, hazırda Qarabağ ermənilərinin əksəriyyəti Ermənistana və xarici ölkələrə köçmək istəyir:

“Hər şey təhlükəsizlik məsələsinə söykənir. İndi təhlükəsizliyi rusiyalı sülhməramlılar təmin edir. Amma onlar regionda nə vaxta qədər qalacaqlar? Bu suala cavab yoxdur. Qarabağdan Ermənistana köçənlərə isə dövlət yardım etmir. Onlar əhalinin Qarabağda qalmasında maraqlı olduqları üçün bunu edirlər”, - deyə jurnalist söyləyir.

Müharibədə sarsıdıcı məğlubiyyətə uğrasa da, Ermənistanda hələ də məğlubiyyətin miqyasını və Qarabağ münaqişəsinin tarixin arxivinə göndərildiyini dərk etməyən qüvvələr mövcuddur.

Son xəbərlər

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031