“Azərbaycan ordusu Stepanakertə (Xankəndi) girmək üzrəydi, bizi Qaydar xilas etdi...”
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Qarabağ müharibəsinə dair sensasion məqamlar açıqlayıb.
Virtualaz.org xəbər verir ki, Baqratyan Ermənistanın Qarabağı Yeqor Qaydarın-Yeltsin Rusiyasının islahatçı baş nazirinin sayəsində işğal etdiklərini deyib. Bildirib ki, Qaydar olmasaydı Qarabağ indi ermənilərin əlində deyildi. Və Baqratyan Yerevanda və Xankəndində Qaydarın adını küçələrdən birinə verməyə çağırıb.
Ermənistan televiziyasının "Profile” proqramına müsahibəsində Qrant Baqratyan bildirib ki, hökumətə başçılıq etdiyi dövrdə baş verənlər barədə öz xatirələrində ətraflı bəhs etməyə hazırlaşır. "Bütün gündəlikləri saxlamışam, böyük həcmdə informasiyalar var və gələcək nəsil bunları bilməlidir. Məxfi məktub var ki, ictimaiyyət bu haqda bilmir”,-o deyib.
Rusiyanın keçmiş baş naziri Yeqor Qaydarla münasibətləri barədə danışan Baqratyan deyib ki, o, 90-cı illərin əvvəllərində Ermənistan üçün çox şey edib və onun verdiyi töhfənin qiyməti yoxdur.

Yeqor Qaydar 90-cı illərin əvvəllərində Rusiya hökumətində yüksək postlar tutub, maliyyə naziri olub, 1992-ci ilin iyun-dekabr aylarında isə baş nazirin səlahiyyətlərini icra edib. Məhz həmin aylarda ki, Qarabağda şiddətli müharibə gedirdi və yenicə formalaşan Azərbaycan ordusu Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad edib Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləmişdi.

Qrant Baqratyan deyir: "Məsələn, 1992-ci ilin yayında biz məğlub olurduq, çıxış yolu yox idi, düşmən Qandzasara (Ağdərə rayonu, Vəng kəndi) daxil olmuşdu, hər şey dağılmışdı, mən hələ baş nazir deyildim və deyəsən artıq qərar verilmişdi, onlar (azərbaycanlılar) Stepanakertə (Xankəndinə-red.) girəcəklər, sonra oturub danışacağıq. Azərbaycanlıların hərbi hava qüvvələri var idi, bizdə isə mövcud deyildi. Artıq sonra, 1993-cü ildə mən baş nazir olanda biz iki həftə ərzində effektiv havadan müdafiə sistemi yaratdıq, bu sistemə qarşı döyüşmək lazım gəldi və biz Mardakert rayonunda (Ağdərə) hava döyüşü aparmaq imkanı qazandıq. Mən indi bundan artığını danışmaq istəmirəm. Qaydarın adını bu şəhərin ən yaxşı küçələrindən birinə vermək lazımdır, o cümlədən Stepanakertdə (Xankəndi)”.
Söhbəti davam etdirən keçmiş baş nazir onu da deyib ki, Yeqor Qaydarın dəstəyi ilə döyüş meydanında balansı təmin etmək mümkün oldu. Ona görə də Ermənistan rəhbərliyi Qaydarın "işıqlı xatirəsini” daim əziz tutmalıdır.

Son xəbərlər

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

Pezeşkian həmin qərarı təsdiqlədi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Azərbaycana qanunsuz yolla 1 milyon 500 min manatlıq siqaret gətirmək istədilər

Məşhur futbolçu Romada evləndi - Fotolar

Bakıdan Tbilisiyə ilk sərnişin qatarı bu gün yola düşüb

Türkiyədə zəlzələ oldu

“Güller ve günahlar”la bağlı dəyişiklik

Serenay sərbəst buraxıldı

“Təşəkkürlər, mister” - “Napoli” Konte ilə yollarını ayırdı

Babək Niftəliyevə vəzifə verildi

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN NOVBƏTİ GORÜŞÜ.. - FOTOLAR

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031