SON DƏQİQƏ! Növbəti xainlik İran səfirindən GƏLDİ: “İran Qarabağdan ƏL ÇƏKƏN DEYİL”“İran Ermənistandan ən qısa müddətdə Gorus bölgəsində son dövrlər Azərbaycan Cümhuriyyəti tərəfindən bağlanan yola alternativ (cayqozin) olan yol çəkməsini gözləyir.”

Turaztv.az xəbər verir: KAİM.az İran mətbuatına istinadən xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri jurnalistlərə verdiyi açıqlamada deyib. O, Gorus-Qafan yolunda Azərbaycan polisinin və gömrük işçilərinin “İrandan Ermənistana gedən” yük maşınlarını saxlayaraq “gömrük rüsumu kimi pul aldığını” deyərək, səfirliyin bu “problemi” ən qısa vaxtda həll etmək üçün səy göstərdiyini qeyd edib.

Zühuri daha sonra iddia edib ki, 44 günlük 2-ci Qarabağ savaşından sonra Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, “Ermənistanın Gorus yolunun Azərbaycan ərazisindən keçən iki hissəsi alternativ yol tikilənə qədər nəqliyyat vasitələrinin hərəkətinə açıq olmalı idi”.

Hər zaman qatı anti-Azərbaycan, amma ermənipərəst mövqeyi ilə fərqlənən səfir Abbas Bədəxşan Zühuri Azərbaycanın qanuni olaraq İran yük maşınlarından gömrük rüsumu almasından şikayətlənib və “İnşallah bu problemin həll olunması” üçün səylər göstərildiyini deyib. Qeyd edək ki, Azərbaycan İranla Ermənistanın ticarət əlaqələrinə müdaxilə etmir. Yalnız İrandan Gorus-Qafan yolu ilə qanunsuz olaraq Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə, yəni Xankəndi başda olmaqla Qarabağda yerləşən bir neçə şəhərə tikinti malları və şübhəli yüklərin daşınmasının yolverilməz olduğunu bəyan edir. Azərbaycan dəfələrlə İrana diplomatik nəzakətlə etiraz etsə də bunun faydası olmamışdı və nəhayət Tehrana bununla bağlı etiraz notası (یادداشت اعتراض) təqdim edilmişdi. Amma səfirin dedikləri bir daha sübut edir ki, İran hələ də Qarabağda qalan, müsəlman Azərbaycan xalqını qətliam edən erməni işğalçılarının tör- töküntülərinə yardım edərək onların yenidən azərbaycanlılara qarşı soyqırımı, işğal və qətliam törətməsinə göz yumacaq. İran mətbuatında ən diqqət çəkən yazılardan biri “Qafqaz.ir“ saytında Zühurinin dediklərini “İranın İrəvandakı səfirinin iranlı sürücülərin problemlərini həll etmək yönündə vədi” başlıqlı xəbərdir. Bir neçə gün bundan öncə Azərbaycanı təhdid edən Ərdəbilin baş axundu Həsən Ameliyə tabe olan bu sayt daim güya “Azərbaycanda şiələrin sıxışdırıldığını” iddia edərək, anti-Azərbaycan xəbərləri yaymaqla tanınır. Bəs görəsən indi şiə Qarabağ əhalisini qətliam edən ermənilərə İran yük maşınlarının içərisində nə olduğu məlum olmayan yüklər daşıması qarşısında yaranmış “əngəl”in həll olunmasına səfirin “söz verməsini” Qafqaz saytı niyə belə böyük şövqlə dərc edir? //Azad İran//

Son xəbərlər

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031