
Xəbərlər
17.09.2021, 00:20
XİN rəsmisi: 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik
17 sentyabr Azərbaycan Ermənistanı irqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcək.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov özünün tvitter səhifəsində yazıb.
Nazir müavini bildirib: “Yaxın günlərdə biz Ermənistanı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










