
Xəbərlər
10.09.2021, 21:08
“SFA Federasiyası Kuboku 2021” yarışına start verilib
Sentyabrın 10-da Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başlayıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin ilk günündə açıq dənizə çıxan yelkənçilər "Optimist”, "Ilca-4.”, "Ilca-7”, "Open Windsurf” sinifləri üzrə yarışıblar. 32 yelkənçinin iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib.
Üç gün davam edəcək yarışlarda iştirakçı sayında məhdudiyyət olmayacaq. Qeyd edək ki, yarış qaliblərinin mükafatlandırılma mərasimi sentyabrın 12-də keçiriləcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












