Deputat: Pandemiyadan çıxış yolu yalnız vaksinasiyadırArtıq bir ildən çoxdur ki, dünyanın üzləşdiyi qlobal pandemiya davam etməkdədir. Başladığı vaxtdan etibarən dünya bu gözlənilməz, qəfil bəla ilə mübarizə aparır. Pandemiya ilə mübarizədə ölkələr fərqli metod və vasitələrdən istifadə etdilər. Ancaq mübarizə metodları nə qədər fərqli olsa da, bütün dövlətlərin ortaq bir fikri var ki, müharibədən yeganə çıxış yolu vaksinasiyadır. Vaksinasiya milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Hazırda da dünya pandemiya ilə mübarizənin ən təsirli yolu olan vaksinasiya mərhələsindədir. Avropa İttifaqı ölkələrinin təxminən 100 milyon sakini koronavirus əleyhinə tam vaksinasiya olunub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, ölkəmizdə bu sahədə vəziyyət digər ölkələrlə müqayisədə təhlükəli deyil. Verilən qərarlar, görülən tədbirlər sayəsində yoluxma və ölüm sayına görə Azərbaycan əksər Avropa ölkələrindən yaxşı yerdə qərarlaşıb. Ümumiyyətlə, koronavirus pandemiyası ölkəmizdə bir ildən çoxdur müşahidə edilir. Bu təhlükəli virusa qarşı mübarizə tədbirlərinə ilk günlərdən başlanılıb. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ölkədə COVID-19 xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının ümumi sayı 10 mindən çoxdur. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılıb. Hazırda bu laboratoriyaların sayı 20-dən artıqdır. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibbi müəssisələrdə müalicə alır. Prezident İlham Əliyev tərəfindən virusun yayılmasının qarşısının alınmasında vacib olan tibbi maskaların təminatı məqsədilə də yerli istehsal müəssisəsi açılmış və bütün istiqamətdə operativ tədbirlər həyata keçirilib. Hələ də pandemiyaya qarşı ciddi mübarizə tədbirləri davam etdirilir. Bu səbəbdəndir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada ən uğurlu ölkələr sırasındadır.

Deputat vurğulayıb ki, dövlətimizin başçısının birbaşa rəhbərliyi və ciddi nəzarəti altında pandemiyaya qarşı həyata keçirilən məqsədyönlü və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib, kütləvi yoluxmanın qarşısını alıb. Təəssüf ki, son həftələr bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirusa gündəlik yoluxmanın sayı artıb. Hətta koronavirusun “Delta” ştamı da ölkəmizdə aşkarlanıb. Bu onu göstərir ki, heç də arxayınlaşmaq olmaz. “Yenidən qapanmalara və sərt tədbirlərə ehtiyac olmaması üçün ölkədə peyvənd olunanların sayı əhalinin azı 80 faizini təşkil etməlidir. Bu göstərici ölkədə kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq və pandemiya bəlasından xilas olacağıq. Azərbaycan vaksinləri əldə edən və əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Yenə də əhalidən yalnız qoyulan qaydalara riayət etməklə, virusun hələ davam etdiyini nəzərə almaqla peyvənd olunmaq rica edilir ki, bu da insanların sağlamlığına hesablanıb. Çünki vaksin olunmaq xəstəliyi ağır keçirmənin qarşısını alır. Lakin ehtiyat tədbirləri heç bir halda unudulmamalıdır”, - deyə o bildirib.

A.Məmmədov deyib ki, insanlar vaksin vurdurduqdan sonra virusa yoluxsa da, bu prosesi ağır keçirmir və ölüm riski ən aşağı səviyyədə olur. O da vurğulanmalıdır ki, insanlar vaksin olunduqdan sonra da diqqətli olmalı və şəxsi gigiyenik qaydalara əməl etməlidirlər. Deputat vurğulayıb: “İnsanların, dünyanın pandemiyadan çıxış yolu yalnız vaksinasiyadır. Bu, artıq pandemiya dinamikasının diktə etdiyi reallıqdır. Yalnız peyvənd olunmaqla virusdan xilas olub normal, xoşbəxt həyata qayıda bilərik”.

Son xəbərlər

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Yeni “iPhone 18 Pro”nun qiyməti belə olacaq

23 məşhurun da narkotest nəticəsi açıqlandı

72 yaşlı Ali Ağaoğlu altıncı dəfə ata olur

Türkiyəli aktyor saxlanıldı - FOTOLAR

Beren ilk albomunu təqdim etdi - Fotolar

Nikol Kidman iş adamıyla münasibətdədir?

İşə qəbul olmaq istəyirsinizsə, müsahibədə bu sözləri deməyin

Hər gün qarabaşaq yesəniz, orqanizminizdə bu 5 mühüm dəyişiklik baş verəcək

Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib

Azərbaycan universitetləri beynəlxalq siyahıya düşdü

Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

İlham Əliyev qəbul keçirdi - Fotolar

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930