Xəstəxanalarda rüşvətxorluq niyə artıb? - PROBLEM

“Rüşvətxorluq hansısa tibb mərkəzi ilə və yaxud xəstəxana ilə bağlı deyil. Bu gün poliklinikalarda işləyən həkimlər 350-400 manat maaş alır. Heç bir həkim 7 il oxuyub daha sonra 350-400 manat maaşla ailə dolandıra bilməz. Bu maaş ancaq onların yol xərcini qarşılayır”. Bu sözləri SİA-ya açıqlamasında Əl-ələ Valideynlər Cəmiyyəti İctimai Birliyinin sədr müavini Əhməd Rəhmanov deyib.

Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycanda minimal istehlak səbəti deyilən qanun qəbul olunub: “Bu gün həkimin aldığı əmək haqqı qida rasionu ilə çətinliklə üst-üstə gəlib çıxır. Əgər bu gün orta statistik həkim 400 manat maaş alırsa və bu gəlir minimal istehlak səbətini ancaq ödüyürsə, onda həkim işə gedərkən normal ayaqqabı ilə yox “qaloş” ilə getsin”.

Əhməd Rəhmanov həmçinin qeyd edib ki, ümumilikdə rüşvətə münasibət çox pisdir: “Amma insanları buna vadar edən faktorlar var. İlk növbədə bu faktorları aradan götürmək lazımdır. Tamamilə yox olmasa da, müəyyən qədər rüşvətxorluq azala bilər”.

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı fikir bildirib ki, son vaxtlar xəstəxanalarda, səhiyyə mərkəzlərində baş verən proseslərlə bağlı şikayətlər çoxdur: “Xüsusilə də həkimlərin rüşvət alması, dövlət tərəfindən təmin olunan dərmanların çoxunun verilməməsi ilə bağlı şikayətlər var. Bir çox xəstəliklərə görə, dərmanlar pulsuz verilməlidir. Ancaq bəzi xəstəxanalarda vermirlər. Son vaxtlar da səhiyyə sektorunda biraz qarışıqlıq var. Bildiyimiz kimi 3 dövlət təşkilatı fəaliyyət göstərir: Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta. Əhali çaşbaş qalır. Bilmirlər ki, hansı problemlərini hansı quruma müraciət edilməlidir. Düşünürəm ki, səhiyyədə mərkəzləşdirilmiş sistem qurulmalıdır. Həmin üç təşkilatın birləşərək müəyyən bir formada koordinasiyalı mərkəz yaradılmalıdır, islahatlar aparılmalıdır. Xüsusilə də pandemiya dövründə dərmanlarla bağlı çətinlik var. İnsanlar dərman ala bilmirlər. Tanışlıqla və yaxud pulla dərman alırlar. Bu da əhalidə narazılıq yaradır. Ona görə də ya daha yüksək nəzarət orqanı yaradılmalıdır, ya da ki, şikayətlər dərhal yerində baxılmalıdır. İndiki dövrdə tibbi xidmət daha yaxşı olmalıdır. Çünki buna ehtiyac var. İnsanlarda xəstəliklər müalicə olunmalı, immunitet yüksək olmalıdır ki, virusa yoluxma sayı az olsun. Ona görə də səhiyyə sektorunda sürətli və çox ciddi islahatlar aparılmalıdır. Bu artıq indiki dövrdə həyati dərəcədə vacibdir.

Elçin Bayramov həmçinin qeyd edib ki, rüşvətxorluğun qarşısının alınmasının çox sadə yolu var: “Bu məsələni nə ictimailəşdirirlər, nə də şikayət edirlər. Belə hallarda da bu məsələ sadəcə söz-söhbət, şaiə kimi qalır. Buna aid nə sübut var, nə şikayət var, nə də ərizə var. Belə olduqda rüşvətxorluğun qarşısını almaq mümkün deyil. Belə halların yaşanmaması üçün vətəndaşlar hüquqlarını tələb etməlidirlər. İnsanlar bu cür hallarla qarşılaşdıqda müvafiq orqanlara. Mətbuata məlumat verməlidir ki, bu hallar ictimailəşdirilsin və həmin şəxslər cəzalandırılsın. Əks halda qarşılıqlı razılıq əsasında, həkim təbii ki, pulu alıb cibinə qoyacaq”.

Son xəbərlər

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930