Qurban bayramında 88 ünvanda heyvan satışı və kəsimi xidməti təşkil olunacaqİyulun 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə birgə məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıqların onlayn sifarişinin həyata keçirilməsi üçün satış portalı iyulun 16-dan etibarən vətəndaşların istifadəsinə verilib.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən əhaliyə ətraflı məlumat verilməkdədir. Bu ticarət şəbəkələrinin ünvanlarını və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə etmək mümkündür.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edib. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı siyahıdan əldə etmək mümkündür:



Bakı şəhəri, Binəqədi rayonu
8 mkr., Cəfərxəndan 52C

Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9

Bakı şəhəri, Xətai rayonu

Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2

Bakı şəhəri, Xəzər rayonu
Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21

Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78

Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28

Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı)

Bakı şəhəri, Qaradağ rayonu
Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMC


Bakı şəhəri, Nərimanov rayonu
"Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26


Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi

"50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi

Bakı şəhəri, Nizami rayonu
Heydər Əliyev prospekti 92, “ESE” MMC

Heydər Əliyev prospekti 92, “Bəsit” firması

M. Abbasov küçəsi, 2405-ci məhəllə

Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217

Çobanzadə küçəsi 63


Bakı şəhəri, Pirallahı rayonu
Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi


Bakı şəhəri, Sabunçu rayonu
Ramana qəsəbəsi, Şuşa küçəsi

Zabrat qəsəbəsi, Babək küçəsis


Bakı şəhəri, Səbail rayonu
Gülbala Əliyev küçəsi 20

Gəncə şəhəri
Müseyib Bağırov küçəsi

Kəpəz rayonu, Sadıllı qəsəbəsi

Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığı

Lənkəran şəhəri
Lənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi)

Mingəçevir şəhəri
Ərəş küçəsi

Təbriz küçəsi

Sumqayıt şəhəri
Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A

Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMC

Şəki şəhəri
Mikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMC

Salman Mümtaz küçəsi

Şirvan şəhəri
Heydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi)

Yevlax rayonu
Bucaq kəndi

Salahlı kəndi

Yevlax rayon, Aran qəsəbəsi

Abşeron rayonu
Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi

Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMC

Abşeron rayonu, Məmmədli kəndi

Ağcabədi rayonu
Xocavənd kəndi

Aşağı Avşar kəndi

Ağdaş rayonu
Ağdaş rayonu, H. Əliyev pr. 169

Ağdaş rayonu, Heyvan bazarı

Ağstafa rayonu
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi)

Balakən rayonu
Balakən şəhəri, N. Rəfibəyli küçəsi 7

Beyləqan rayonu
Şəfəq qəsəbəsi (Ziyarətgah)

Şəfəq qəsəbəsi (Ziyarətgah)

Bərdə rayonu
Qaradağlı kəndi

Biləsuvar rayonu
Biləsuvar şəhər H. Əliyev küçəsi

Cəlilabad rayonu
Cəlilabad şəhəri, Qurtuluş pr-76

Füzuli rayonu
Bala Bəhmənli kəndi

Gədəbəy rayonu
Gədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsi

Yenikənd kəndi

Goranboy rayonu
Goranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi,
Goranboy Rayon Su-Kanal İdarəsinin həyəti (Çadırtipli heyvan kəsim məntəqəsi)

Göyçay rayonu
Göyçay rayonu, Cəyirli kəndi

Qarabaqqal kəndi, heyvan bazarı

Göygöl rayonu
Göygöl şəhəri, A. Şadlinski küçəsi 1

Qızılqaya qəsəbəsi

Qızılca bələdiyyəsi ərazisi

Xaçmaz rayonu
Qaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMC

İsmayıllı rayonu
İsmayıllı şəhəri H. Əliyev pr. 7, "Yaşıl market" ticarət kompleksi

Qax rayonu
Qax şəhəri, İ. Dağıstanlı küçəsi 1

Qazax rayonu
Qazax şəhəri, Nəriman Nərimanov küç. 72A

Qazax şəhəri, Nəriman Nərimanov küçəsi

Qəbələ rayonu
Qəbələ şəhəri, H. Əliyev pr. 9

Qobustan rayonu
Qobustan şəhəri, E. Vəliyev küçəsi

Quba rayonu
Quba şəhəri, "Dəvədabanı" yaşayış massivi

Qusar rayonu
Qusar şəhəri, Çingiz Qurbanov 10A

Masallı rayonu
Masallı şəhəri, H. Aslanov küçəsi
Masallı şəhəri, H. Aslanov küçəsi

Neftçala rayonu
Neftçala şəhəri, M. Əsədov küçəsi

Saatlı rayonu
Saatlı rayonu, Sarıcalar kəndi

Salyan rayonu
Ələt-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci km-i

Salyan rayonu, heyvan bazarı, kəsim məntəqəsindən 3-4 km aralı

Samux rayonu
Tatlı kəndi

Siyəzən rayonu
Siyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsi

Şabran rayonu
Şabran şəhəri, M. Müşviq küçəsi 7

Şamaxı rayonu
Şəhriyar qəsəbəsi, "Şirvan" ticarət kompleksi

Şəmkir rayonu
Həbibli-1 MMC, Şəmkir şəhəri, 20 yanvar küç. 35 (Çadırtipli heyvan kəsim məntəqəsi)

Tərtər rayonu
Tərtər şəhəri, Cavanşir küçəsi 84

Tərtər şəhəri, F. Qulami küçəsi

Tovuz rayonu
Tovuz şəhəri, Musa Musayev küçəsi

Qovlar şəhəri, Vağzal küçəsi

Tovuz rayonu, Ceyrançöl ərazisi, "Tovuz Agro" MMC

Aşağıquşçu kəndi, heyvan bazarı

Zaqatala rayonu
Aşağı Tala kəndi

Muxax kəndi
Əliabad qəsəbəsi
Zərdab rayonu
Zərdab şəhəri, Füzuli küçəsi 17


Son xəbərlər

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Rusiya bu ölkələrlə sərhəddə hərbi bazalarını artırır

Prezidentlikdən istefa verəcəyini bildirdi

Cəlilabadda müəllim dünyasını dəyişdi

Araz Nəsirov TƏBİB-dən getdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930