Norveçdə Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən bəhs olunubNorveçin paytaxtı Osloda Türkiyənin Demokratiya və Milli Birlik Gününə həsr olunan tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Türkiyə geçilməz” şüarı ilə baş tutan tədbirdə bu ölkədə 15 iyul dövlət çevrilişi cəhdinin 5-ci ildönümü və onun son illər qət etdiyi inkişaf yolu barədə danışılıb.

Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman çıxışında həmin günlərdə həlak olan şəhidlərin xatirəsini ehtiramla yad edərək, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş bu xəyanətkar dövlət çevrilişi cəhdi barədə geniş məlumat verib. Bildirib ki, Türkiyə dövlətçiliyi və demokratiyasına qarşı atılmış bu addım böyük insan tələfatına və ziyana səbəb olub. Bütün bu çətinliklərə baxmayaraq, ötən dövr ərzində ölkənin inkişaf edərək bir çox sahələrdə nəzərəçarpan nailiyyətlərə imza atdığını bildirən diplomat Türkiyənin yeni dövrə nikbinliklə qədəm qoyduğunu bildirib.

Çıxışında Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi diqqət ayıran diplomat iki ölkə arasında yaxın qardaş və müttəfiqlik münasibətlərindən danışıb. Ölkəmizin Vətən müharibəsində qazandığı Qələbənin tarixi əhəmiyyətini vurğulayan səfir deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq, türk milləti hər zaman bir ürək kimi demokratiyanı, dövlətini, bayrağını, xalqını qorumaq üçün canını fəda etməyə hazırdır”.

Tədbirdə müxtəlif videoçarxlar nümayiş olunub. Videoçarxlarda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalaması mərasimindən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərindən və digər məsələlərdən bəhs edilib. Həmçinin Azərbaycanın Qarabağdakı Zəfəri barədə geniş məlumat verilib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031