Norveçdə Azərbaycan əlaqələrinə həsr edilmiş sərgi fəaliyyətə başlayıbDünya şöhrətli alim və səyyah Tur Heyerdalın həyata göz açdığı Norveçin Larvik şəhərində Azərbaycanla Norveç əlaqələrinə həsr edilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Larvik şəhərinin “Bölgen” mədəniyyət mərkəzində açılan sərgi Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi, Diaspora Dəstək Fondu, Tur Heyerdal İnstitutu, Vestfold muzeyi və The Viking Planet Muzeyinin dəstəyi ilə reallaşıb.

Sərginin açılış mərasimində Larvik şəhərinin sabiq meri və hazırkı bələdiyyə sədrinin müavini Rune Höiset çıxış edərək layihəni yüksək qiymətləndirib, Larvik şəhərinin 350 illik yubileyində Tur Heyerdalın əziz xatirəsinə və səyyahın Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini əks etdirən sərginin əhəmiyyəti barədə söz açıb.

Rune Höiset Tur Heyerdalın Norveç sərhədlərindən kənarda da tanınmasının norveçlilər üçün qürurverici olduğunu və onun geniş fəaliyyəti sayəsində Norveçlə bir sıra ölkələr arasında dostluq münasibətlərinin yarandığını bildirib.

Türkiyənin Norveçdəki səfirliyinin birinci müşaviri Barbaros Tuna Erdem çıxışında səfir Fazlı Çormanın təbriklərini çatdırıb, “CAN” təşkilatının sədri Şervin Nəcəfpuru yeni uğurlu təşəbbüs münasibətilə təbrik edib.

Azərbaycan və Türkiyə dostluğundan söz açan diplomat ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadələrini yada salıb.

Daha sonra “CAN” təşkilatın sədri Şervin Nəcəfpur çıxış edərək layihə barədə qonaqlara geniş məlumat verib. Bildirib ki, sərgi həm də Azərbaycan və Norveç dostluğunun memarları olan Tur Heyerdal və ulu öndər Heydər Əliyevin dostluq əlaqələrindən, ölkələrimizi birləşdirən ümumi dəyərlərdən bəhs edir.

Sərginin bundan sonra da digər muzeylərdə nümayiş olunacağını bildirən Şervin Nəcəfpur Azərbaycan xalçaları və milli geyimlərinin də bu yaxınlarda sərgiyə əlavə olunacağını diqqətə çatdırıb.

Sonra çıxış edən Tur Heyerdal İnstitutunun direktoru Beate Björge məşhur səyyahın ölkəmizə bağlılığı və ümummilli lider Heydər Əliyevlə dostluq münasibətləri barədə danışıb. Sərginin 2024-cü ilə kimi müxtəlif mədəniyyət mərkəzlərində nümayiş olunacağını bildirən Beate Björge deyib: “Norveçdən sonra ilk səfərimiz İtaliya və Andora olacaq. Arzu edirəm ki, gələcəkdə bu sərgini Azərbaycanda da nümayiş etdirmək imkanımız olsun. Ümidvaram ki, Azərbaycandaki dostlarımız bizim bu arzumuzu həyata keçirməyimiz üçün bizə dəstəklərini əsirgəməzlər”.

Sonra norveçli fotoqraf və art-direktor Edmond Yang sərginin əhəmiyyətini qeyd edərək Azərbaycana səfəri barədə xatirələrini bölüşüb.

Qeyd edək ki, sərgi iyulun 31-dək davam edəcək. Oktyabrda isə Tur Heyerdalın ev muzeyində nümayiş olunacaq.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Son xəbərlər

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31