Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “29-cu ilində Xocalı soyqırımının düşündürdükləri” mövzusunda sərgi və konfrans keçirilib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı, Türkiyə-Azərbaycan İş Adamları Platformasının baş katibi Aygün Əliyev, sabiq millət vəkili, “İkinci Yüzil” dərnəyinin sədri Metin İşık, millət vəkili Ensar Aytekin, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Keçiören bələdiyyəsinin sədri Turgut Altınok, Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat, Asiyanın kənd təsərrüfatı üzrə rəhbər şurasının sədri İbrahim Sancı, YTB sədrinin müavini Sait Yusuf, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, TÜRKSOY-un baş katibi Elçin Qafarlı, sabiq millət vəkili Abbas Bozyel, Qars-Ərdahan-İğdır Fondunun sədri Kamil Salduz, BRP şirkətinin sədri Nafer Çapar və digərləri iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, Xocalı soyqırımı qurbanlarının və hər iki ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

TRT-nin əməkdaşı Oya Erenin aparıcılığı və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attarın moderatorluğu ilə keçirilən tədbirdə Xocalı faciəsi barədə ətraflı məlumat verilib, faciənin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub, tarzən Elçin Hətəmli öz ifası ilə tədbir iştirakçılarını mütəəssir edib.

Xocalı soyqırımına siyasi qiymət verilməsi, dünya birliyi tərəfindən tanınması istiqamətində görülən işlər barədə geniş məlumat verən Aygün Attar nəzərə çatdırıb ki, təcavüzkar Ermənistan Azərbaycana qarşı təkcə Xocalı soyqırımını törətməyib, eyni zamanda, 30 il işğal altında saxladığı torpaqlarda bütün tikililəri, tarixi və mədəni abidələri dağıdıb, meşələri yandırıb, ağacları məhv edib, yeraltı və yerüstü sərvətləri talayıb, su mənbələrinə və təbiətə qarşı ekoloji terror törədib.

Tədbirdə çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev və Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı Xocalı soyqırımından danışaraq türkdilli xalqların və ölkələrin tarixlərinin dərindən öyrənilməsinin vacibliyini bildiriblər.

İşğalçı Ermənistanın Azərbaycan xalqına qarşı yalnız Xocalı soyqırımını deyil, çoxsaylı müxtəlif cinayətlər törətdiyini xatırladan səfir Xəzər İbrahim bildirib ki, bu cinayətlər 44 günlük Vətən müharibəsində müasir dünyanın gözü qarşısında ən ağır formalarda davam etdi. Azərbaycanın mülki vətəndaşları, yaşayış məskənləri və infrastrukturu ağır artilleriya və raket zərbələrinə məruz qaldı. “Lakin bütün vəhşiliklərə sinə gərən Azərbaycan savaşdan üzüağ və qalib çıxdı. İndi biz Zəfər qazanan qalib xalq kimi başımızı dik tutaraq Xocalıya ədalət tələb edirik”, - deyə azərbaycanlı diplomat qeyd edib.

Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran tarixdə yaşadığımız bütün acılardan dərs alaraq gələcəyə nikbin baxmağın vacibliyindən danışıb. Bildirib ki, türk xalqları bir-birinə dəstək verərək daha mübariz olmalıdır. “Bir olsaq təhdid və risklərə qarşı daha təsirli tədbirlər görərik. Azərbaycan 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu öz rəşadəti ilə bütün dünyaya göstərdi. Bizi güclü edən birliyimiz və dəyərlərimizdir”, - deyə nazir müavini vurğulayıb.

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyətindən danışan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, biz təkcə Xocalı soyqırımının dəhşətlərini tanıtmaqla kifayətlənməməliyik. Qeyd edib ki, erməni vandallar bütün cinayətlərini xalqlarımıza və ölkələrimizə qarşı məqsədyönlü şəkildə planlaşdıraraq həyata keçiriblər. Bu cinayətlərin böyük hissəsi müasir dünyanın gözü qarşısında işğaldan azad olunan ərazilərimizdə üzə çıxır.

Türk Şurasının Baş katibi Bağdad Amreyev bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ortaq acısıdır, türkdilli ölkələr və xalqlar bu soyqırımını heç zaman unutmayacaq. “Türk Şurası olaraq “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasında hər zaman Azərbaycanla çiyin-çiyinə olduq, 44 günlük Vətən müharibəsində siyasi dəstəyimizlə qardaşlığımızı nümayiş etdirdik”, - deyə Amreyev vurğulayıb.

Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan ordusunun qazandığı Zəfərin regionda yaratdığı yeni münasibətlərdən də bəhs ediblər. Bu ədalətli mübarizədə türk dünyasının, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi tarixi hadisə kimi dəyərləndirilib. Xocalı soyqırımı məsələsində ədalətə nail olana qədər daha fəal şəkildə mübarizə aparılmasının vacib olduğu nəzərə çatdırılıb.

Son xəbərlər

Hər şey dağıla bilir sevgidən başqa... - Fotolar

Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - FOTOLAR

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Alıcan İsgəndərli : DANIŞIĞI BİTİRDİ - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib - Foto

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi (FOTO)

Maaşı artırıldı, serialdan ayrılığı qısa çəkdi - FOTO

Hicran Fuad Əhmədli : Gecənin Gözləri - FOTO

"Delikanlı"dan sonra bu seriala çəkilir - FOTO

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb - FOTOLAR

Zöhrə Qaraqızı : HƏR YAZILAN SEİR OLMAZ - FOTO

MÜZƏFFƏR MİLLİ ORDUMUZ (26 İyun - Silahlı Qüvvələr Günü)

"Gassal"ın aktrisası yeni layihədə - FOTO

Bella və Giginin anası 62 yaşında evlilik təklifi aldı

Selin Dionun vətəni “Avroviziya”da iştirak hüququ qazandı

Məşhur “gəlin-qayınana” yeni layihədə - FOTO

“Sadakatsiz”in aktrisası evləndi - Foto

FHN Aqşin Fatehin restoranını bağladı - Foto

Ruhu daim bizimlədir.

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930