Turaztv.az » Xəbərlər » İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.
Xəbərlər

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

22.08.2026, 01:48 2
İndoneziyanın Yava adasında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri 100 mindən çox insanın yaşadığı Ranqkasbitunq şəhərindən 232 km şimal-şərqdə olub. Episentr 10 km dərinlikdə yerləşib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Oxşar xəbərlər