Turaztv.az » Xəbərlər » Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub
Xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

21.08.2026, 21:10 4
Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb. 60 kiloqramda çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kiloqram) 3-cü yeri tutub.

Oxşar xəbərlər