
Xəbərlər
3.06.2021, 00:28
Daha bir şəhid hərbçimizin nəşi tapıldı - FOTO
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə şəhidin qardaşı məlumat verib. Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.
Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.
Allah rəhmət eləsin!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












