
Xəbərlər
19.05.2021, 00:44
GÜNÜN ACI XƏBƏRİ! Tofiq Qarayev vəfat etdi
Azərbaycan diasporuna ağır itki üz verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, uzun illər Almaniyada “Berlin Azərbaycan Evi” təşkilatının sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü olmuş Tofiq Qarayev vəfat edib.
Məlumata görə, Almaniyada və Avropanın digər ölkələrində soydaşlarımızın təşkilatlanmasında, Azərbaycan diasporunun inkişafında Tofiq Qarayevin xüsusi xidmətləri olub.
Allah rəhmət eləsin![]()
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











