
Xəbərlər
23.06.2019, 12:01
ABŞ-da güclü zəlzələ

ABŞ-ın Kaliforniya ştatında 5,6 maqnitudalı zəlzələ olub.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 03.53 radələrində baş vermiş zəlzələnin episentri Petroliya yaşayış məntəqəsindən 5 kilometr cənub-qərbdə, 9,5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.






