Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Turaztv.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Təşkilatı yayıb.
Yeraltı təkan nəticəsində itki və dağıntının olmadığı bildirilib.