“Bayden Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir” - Səfir


“Azərbaycan və Ermənistanın Vətən müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minaların xəritəsini təqdim etməkdən boyun qaçırmaqla baş verən ölüm hallarında günahsız vətəndaşları ittiham etməyə davam edir.”.

Bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın “Defense One” mətbu orqanında Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqaləsində qeyd edib.
Məqalədə bildirilir ki, 2020-ci ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki və xidmət əməkdaşı Dağlıq Qarabağda baş verən mina partlayışı nəticəsində həlak olub, 85 nəfər isə yaralanıb.

Səfir həyatını itirənlərin əksəriyyətinin öz doğma torpaqlarına geri dönmək üçün səbirsizlənən məcburi köçkünlərin olduğunu bildirir. O, qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünləri səbrli olmağa, yalnız işğal olunan ərazilərimiz minalardan tam təmizləndikdən sonra oraya qayıtmağa səsləməsinə baxmayaraq, bəzi insanlar üçün gözləmək çətin olub. Onlardan Hacıyevlər ailəsi öz avtomobillərində erməni tərəfinin yerləşdirdiyi tank əleyhinə minaya düşərək həlak olublar.

E.Süleymanov Ermənistan tərəfinin böhranı diplomatik yolla həll etməkdən boyun qaçırmasına diqqət çəkir.

“Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələrək sözügedən xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir. Azərbaycan, həmçinin BMT və ATƏT kimi təşkilatlarda da öz etiraz səsini ucaldıb. 24 fevral tarixində BMT Baş Katibinə ünvanlanmış məktubunda xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinin müvafiq addım atmamasının bu ölkənin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyini sual altına qoyduğunu qeyd edib. Nazir minalar nəticəsində insan həyatının məhv olmasını müharibə cinayəti adlandırır”.
Səfir ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də səmərəli minadan təmizləmənin həyata keçirilməsi üçün məlumat mübadiləsinin aparılmasının irəli sürüldüyünü qeyd edir.

E.Süleymanov bildirir ki, beynəlxalq ictimaiyyətin susqunluğu Ermənistanı insanlara və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaradıb. Bu xüsusda ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərdəki minaların xəritələrini təqdim etməyə vadar etməlidir.

Belə ki, mülki şəxslərin həyatına olan təhlükə iqtisadi inkişaf, davamlı sülh və qaçqınların geri dönməsinə əngəl törədir.

Məqalənin original versiyası ilə https://www.defenseone.com/ideas/2021/04/biden-must-press-armenia-hand-over-minefield-maps/173573/ internet səhifəsindən tanış olmaq mümkündür.

Son xəbərlər

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Almaniyada hər ay 15 min iş yeri bağlanır

“Çirkin”in aktyoru nişanlandı - FOTO

Sözün Hikmət günəşi, hər zaman əlahəzrət sözlərinlə günəş parlaqlığında qal...

Doğum gününüz mübarək olsun, əziz Ana! - FOTOLAR

SÖZÜN RƏNGİ, SƏSİ VƏ ƏTRİ...

Dənizdə batan Ümid müstəntiq işləyirmiş

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları – Həkim məsləhəti

Xəzər dənizində zəlzələ olub

Bakıda evdə meyit tapıldı

Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarıldı

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpıldı - 2 pilot həlak oldu

Dünyanın NAĞIL KİMİ 15 mənzərəsi

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031