Ermənistan niyə minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməlidir?


Keçən ilin payızında 44 günlük müharibənin bitməsindən bu yana minaların və digər partlamamış silah-sursat qalıqlarının təmizlənməsi ən aktual məsələlərdən biri kimi ortaya çıxıb. Beynəlxalq Münasibətlərin Analiz Mərkəzinin (AIR Center) baş məsləhətçisi, doktor Vasif Hüseynovun KarabakhSpace.eu saytında dərc olunan məqaləsi Ermənistanın niyə indi Azərbaycanın nəzarəti altında olan minalanmış ərazilərin xəritələrini təqdim etməli olduğundan bəhs edir.

İkinci Qarabağ müharibəsinin 2020-ci il 27 sentyabr tarixində başlayan ilk həmlədən altı ay keçib. Müharibə Ermənistan və Azərbaycan arasında beynəlxalq miqyasda Azərbaycan ərazisi kimi tanınan, lakin 1990-cı illərin əvvəlindəki Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın nəzarətinə keçən Qarabağ bölgəsi və ətraf rayonlarla bağlı münaqişədə otuz il mövcud olan status-kvoya son verdi.

Azərbaycan Ermənistanı hərbi sahədə məğlub edərək işğal altındakı ərazilər üzərində nəzarəti bərpa etməyə müvəffəq oldu. İşğalın sona çatmasını münaqişənin həll yolu kimi göstərən Azərbaycan tərəflər arasında mübahisəli məsələlərdə ortaq dil tapmaq və razılığa gəlmək üçün unikal bir fürsət yaradır.

Beləliklə, yaranmış yeni vəziyyət əksər regional və beynəlxalq siyasi güclər tərəfindən bölgədə davamlı sülh və əməkdaşlıq platformalarının qurulmasına kömək kimi qarşılandı. Bununla yanaşı, hadisələrin gedişatında çoxsaylı problemlər var və iki ölkə bu problemlərin öhdəsindən gəlməyə kömək edə biləcək hər bir fürsətdən istifadə etməlidir.

Müharibənin bir tərəfin digəri üzərində mütləq qələbə və ya tam məğlubiyyət ilə bitməməsi, paralel olaraq Ermənistan və Azərbaycan hökumətlərinin regional nəqliyyat və digər layihələr çərçivəsində əməkdaşlığın faydalarını tanıması faktları iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaq üçün yaxşı zəmin yaradır.

Münasibətlərdəki bu mərhələdə Ermənistanın əvvəllər işğal etdiyi ərazilərin minalanmış xəritələrini Azərbaycana təhvil verməsi sülh prosesinə əhəmiyyətli təkan verəcək və tərəfləri digər məsələlərdə güzəştə getməyə təşviq edəcək. Bununla yanaşı, bu, yalnız tərəflər arasındakı gərginliyin azaldılması üçün bir çıxış yolu deyil, həm də minaların sərbəst istifadəsini qadağan edən beynəlxalq humanitar hüququn bir qaydasıdır.

Azərbaycan səlahiyyətliləri əvvəllər işğal edilmiş bölgənin əhəmiyyətli hissəsinin minalanmış olduğunu, əksər hallarda mülki infrastrukturu, işıq dirəklərini, kanalları, yol qovşaqlarını, həyət girişlərini, qəbiristanlıqları, çay sahillərini, kənd və şəhər yollarının hədəf alındığını bildirir. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) verdiyi məlumata görə, “Bəzən minalanmış ərazilərdə bir kvadrat metrə 10-dan çox mina aşkar edilir”. Müharibə bitdikdən sonra işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində mülki şəxslər də daxil olmaqla 20-yə qədər Azərbaycan vətəndaşı ölüb və 70-dən çox insan yaralanıb.

Artan qurbanların sayına baxmayaraq rəsmi İrəvanın beynəlxalq hüquqa riayət etməkdən və bu həssas mövzuda əməkdaşlıqdan imtina etməsi Azərbaycan tərəfini haqlı qəzəbinə səbəb olur, regional vəziyyəti daha da gərginləşdirir və iki ölkə arasında əməkdaşlıq mühitinin yaranmasının qarşısını alır.

“Ermənistanın Azərbaycanın azad edilmiş torpaqlarına kütləvi şəkildə yerləşdirdiyi minalar dinc sakinləri öldürür, şikəst edir, iqtisadiyyata və ətraf mühitə zərər verir. Ermənistan mina ilə çirklənmiş ərazilərin dəqiq xəritələrini verməkdən imtina edir. Bu ölkənin məsuliyyətsiz davranışı ciddi şəkildə qınanılmalıdır”, - deyə Prezidentin köməkçisi Hikmət Hacıyev martın 17-də rəsmi “Twitter” hesabında yazıb. Mart ayının sonundakı başqa bir açıqlamasında o Qarabağın azad edilmiş ərazilərinin dünyada ən çox minalanmış ərazilər arasında olduğunu bildirib və bunu Ermənistanın Azərbaycana qarşı “mina terroru” adlandırıb.

Xarici İşlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda slovakiyalı həmkarı İvan Korçok ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, “16 martda Ağdam rayonunda baş verən mina partlayışlarından birində altı mülki insan zərər çəkib, onlardan ikisi ölüb”. O bunu “Ermənistanın Azərbaycana təcavüzünün davamı” kimi səciyyələndirərək beynəlxalq ictimaiyyəti Ermənistanı mina xəritələrini təhvil verməyə təzyiq göstərməyə çağırıb. ANAMA-dan verilən məlumata görə, 27 sentyabr tarixindən etibarən minalardan təmizlənmə əməliyyatları zamanı 16 586 kvadrat metrdən çox ərazi (1,66 ha) yoxlanılıb, 9 584 piyada və tank əleyhinə mina, 7 081 partlamamış döyüş sursatı aşkar edilərək zərərsizləşdirilib.

Bəzi təxminlərə görə, azad edilmiş ərazilərin hamısının minalardan təmizlənməsi prosesi 20 ildən çox çəkə bilər və bu proses bölgənin dağlıq relyefə sahib olmasına görə daha da mürəkkəbləşir. Azərbaycanın aldığı beynəlxalq dəstək prosesi sürətləndirməyə kömək edir, lakin problemi lazımi müddətdə həll etmir.

Buna görə də minalanmış ərazilərin xəritələrini təhvil vermək, regional vəziyyəti daha çox təxribatla yükləməyi dayandırmaq, azərbaycanlılar və ermənilər arasında düşmənçilik səhifəsini dəyişmək üçün misilsiz tarixi şans əldə etmək Ermənistan hakimiyyəti üçün son dərəcə vacibdir. Ermənistanın Qarabağ bölgəsinin minalardan təmizlənməsində əməkdaşlıq etməkdən başqa ağlabatan bir alternativi yoxdur, çünki mülki vətəndaşları öldürən hər bir partlayış həm də sülh təşəbbüslərinə qarşı atəşdir - əlbəttə ki, sülh Ermənistanın Azərbaycanla münasibətlərdə can atdığı bir şeydirsə.

Son xəbərlər

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Əhali arasında narahatlıq: Alış-veriş zamanı kartlarımızdan əlavə pul tutulacaq?

Uşaqların beyninə zərər verən qida boyası

Ucalığın mübarəkdir, uca dağ - FOTO

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb

İctimai nəqliyyat ödənişlərində YENİLİK

Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

İspaniya Ebola səbəbindən yoldaşlıq oyununu ləğv etdi

Aslıhan onunla tərəf müqabili oldu - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

SEVİNC YUNUSLU : Mən bağışlaya bilmirəm.. - FOTO

Nesrinin serialı 1 günə 5 milyon izləndi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930