Bir neçə gündür ki, ölkədə olan ərəblərin qanunsuz ov etməsi etiraza səbəb olub. “Əks halda, Muxtar Babayevin məsuliyyətə cəlb olunması tələb edilməlidir” — Aslan İsmayılovBir neçə gündür ki, ölkədə olan ərəblərin qanunsuz ov etməsi etiraza səbəb olub.


BAXAR.AZ xəbər verir ki, ərəblərin ölkədə qanunsuz ov etməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özünü həyasızcasına göstərməsi səbəbindən nazir Muxtar Babayevin istefası da tələb olunur. Rəsmi məlumata görə, qanunsuz ov edənlərin cərimələndiyi bildirilir.

Əslində isə nə baş verir? Qəribə heç nə baş vermir, əziz oxucu! Ölkədə korrupsiya, rüşvətin hökm sürdüyü bir durumda bundan artıq nə baş verəcək? 5-10 nəfər "lox" tapıblar, gətiriblər ölkəyə, onlar da qanunları rahatca pozur. Təbii ki, rüşvətlərini verərək. Hörmətli oxucu, o ərəbin yerinə sən olsaydın, səni qandallayıb, evindən özünün də ilk dəfə görəcəyin əşyaları çıxarıb, göndərəcəkdilər Kürdəxanıya. Azı 5-6 il "belində" idi.

Hər hansı bir ölkədə belə hal olsaydı, indi həmin qurumun naziri istefa vermişdi. Amma bizim ölkədə o mədəniyyət, əxlaq yoxdur. Nazir çox rahatlıqla öz pullarını yenə yeməyə davam edir, daha da harınlayır, oğurlayır, talayır. Əziz oxucu, sən isə indi növbəti aydakı xərclərini necə qarşılayacağını fikir edirsən. Sən fikir eləməyində ol, nazir Muxtar Babayev də yeməyində. Amma əmin ol ki, bir gün Muxtar Babayev də yediklərini qusacaq. İndilik isə elə fikirləş ki, Muxtar Babayev ölüb. Günah onda deyil, günah onun təqdimatını verəndədir.

Fərid İMRAN
BAXAR.AZ






"Əks halda, Muxtar Babayevin məsuliyyətə cəlb olunması tələb edilməlidir” — Aslan İsmayılov



"Hər bir xalqın savadı, mədəniyyəti onun flora və faunaya münasibəti ilə ölçülür. Ən azından son bir neçə ili "Ecofront” başda olmaqla bir çox qeyri-hökümət təşkilatları, blogerlər və adi sosial şəbəkə iştirakçıları onsuz da kasad olan Azərbaycan faunasının ərəb şeyxləri tərəfindən vəhşicəsinə məhv edildiyi barədə materiallar paylaşır və həyacan təbili çalırlar. Hər dəfə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə nəfərin cərimə edildiyini elan etməklə işini bitmiş sayır. Bu isə sadəcə xalqı ələ salmaq deməkdir. Ona görə ki, hamı həmin şeyxlərə ən azından yerli icra başçıları, güc strukturlarının rəhbərlərinin şərait yaratdıqlarını çox gözəl bilir. Bu günə qədər onlardan biri də nəinki cəzalandırılmayıb heç adları da çəkilməyib. Deməli, bu cinayətin başında duranlar elə onun qarşısını almalı olan vəzifəli şəxslərdir. Yəni bu xalqın nə qədər savadsızı, mədəniyyətsizi varsa, onlar vəzifə başındadırlar”.

Demokrat.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, son bir neçə gündür, yenə də ərəb şeyxlərinin vəhşiliyi bütün rakurslardan sosial şəbəkələrdə nümayiş etdirilir: "Yenə də ETSN elan edir ki, bir neçə nəfər cərimələnib. Bu qudurğan ərəbləri yox, onları himayə edənlər, onlara şərait yaradan savadsız, mədəniyyətsiz vəzifəlilər cəzalandırılmalıdır. Əks halda, hamılıqla yeni nazirin özünün məsuliyyətə cəlb olunması tələb olunmalıdır. Başqalarını bilmirəm, əgər bu cür saymazlıq davam edərsə, fəaliyyətimin önəmli hissəsini nazir Muxtar Babayevin fəaliyyətinə həsr edəcəyimə söz verirəm. Hamını da buna çağırıram. Bir neçə gündür ki, ölkədə olan ərəblərin qanunsuz ov etməsi etiraza səbəb olub. “Əks halda, Muxtar Babayevin məsuliyyətə cəlb olunması tələb edilməlidir” — Aslan İsmayılov
Bir neçə gündür ki, ölkədə olan ərəblərin qanunsuz ov etməsi etiraza səbəb olub. “Əks halda, Muxtar Babayevin məsuliyyətə cəlb olunması tələb edilməlidir” — Aslan İsmayılovBəlkə böyük kampaniya başlamaqla bu biabırçılığın qarşısını ala bildik. Baş verənlərin bir adı var: pula görə hər şeyimizi satmaq!”

Son xəbərlər

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930