Nazpəri məhəl qoymadı - Bir az da bundan danışın...

Xalq artisti Nazpəri Dostəliyeva ətrafında qalmaqal səngimək bilmir.

Turaztv.Az axşam.az-a istinadən bildirir ki, qardaşı qızı Pərvanə Dostəliyevanın sənətçinin və qardaş-bacısının haqda verdiyi açıqlamalar sosial mediada geniş müzakirə olunur.

Ancaq Dostəliyeva bütün bunlar əhəmiyyət verməyərək, sosial media hesabında yeni fotolarını paylaşıb.

O, paylaşdığı fotosuna bu rəyi yazıb:

"Bir sənətkar olaraq hər zaman arxamca yaxşı da, pis də danışanlar olub. Gərək həyatda elə bir cümlə olasan ki, heç zaman sənə nöqtə qoya bilməsinlər. Dostlar, bu da yeni fotomdur. Bir az da bundan danışın".

Qeyd edək ki, Pərvanə Dostəliyeva bu iddiaları səsləndirmişdi:

"İllər əvvəl paylaşa bilmədiyim dərdimi danışmağa qərar verdim. Qətiyyən məşhur olmaq fikrim yoxdur. İstəsəydim 24 yaşımda məşhur olardım. İstedadım var idi. Şərəfsiz, niyə mən müsabiqədə ikən ayağımdan çəkdin? Qardaşını öyrədirdin. İndi qardaşın Ağalar küçədə yatır. İtə yemək verilən kimi ona yemək verirlər. Allah sizin bəlanızı versin. Anama küçə adamı deyirdilər. Altı yaşım olanda atam Ağalar Dostəliyev mənə Zeynəb Dostəliyevanın mikrorayondakı evində təcavüz edib. Yalandan deyirəmsə, balam ölsün. İndiyəcən susmağımın səbəbi qorxmağım idi. Hazırda xaricdəyəm. Məni nənəm saxlayıb, amma nə atam, nə də bibilərim baxmayıb.

Anamı bədbəxt edib, küçələrə saldılar. Zeynəb anamı təhqir edirdi. İndi 72 yaşın var, bacın da səndən 10 il balacadır. Görün, nə gündəsiniz. Hamısını kişilərə görə edirdiniz. Kişilərin sayəsində bu günlərə gəlib çıxmısınız. Övladım bu dərdi eşitdi. Qızım özünü balkondan atırdı, anam icazə vermədi. Əgər, qızıma ölmüş olsa idi, Nazpərini gəlib, biçərdim. Süni gülüşləri var. Onların xoşbəxt olmağını görüb, yanıram. Anamın həyatını puç elədilər. Yaxşı, mənim günahım nə idi? Anama min dənə ad qoydunuz. Sizi yanasınız! Qardaşın İlqar Dostəliyev anama sataşmışdı. Qardaşın, mənim atam Ağalar kişi deyil. Kişi olsa idi, qızına ilk dəfə Zeynəbin blokunda, sonra 10 gün Zeynəbin evində təcavüz etməzdi. Nazpəri, səndən it kimi qorxurdum. Nazpəri məni yer üzündən yox edərdi. Hansı üzlə insanların qarşısına çıxırsan?".

Son xəbərlər

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Həsrətin adı (Hekayə)

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031