Ulu öndər KİV-in rolunu yüksək qiymətləndirirdi
Qeyd edək ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inkişaf edən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmış, o cümlədən mətbuat və söz azadlığı təmin olunmuşdur. Bu gün Azərbaycanda Qərb standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu məhz bu reallığın nəticəsi olaraq qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində və 15 oktyabr 2003-cü il prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev tərəfindən ölkədə azad sözün, müstəqil mətbuatın inkişafı istiqamətində aparılan siyasətin uğurlu nəticələri məlumdur.

Ötən illərin reallıqları bir daha göstərir ki, həqiqətən də Azərbaycanda mətbuat azadlığı sahəsində olduqca ciddi islahatlar aparılıb. Bu siyasət Azərbaycan mətbuatının gələcək inkişafının istiqamət və perspektivlərini müəyyənləşdirib, ölkədə çoxlu sayda müstəqil mətbuat orqanlarının fəaliyyətə başlamasına təkan verib. Görülən tədbirlər nəticəsində Azərbaycanda senzura ləğv edilib, yeni televiziya kanalları fəaliyyətə başlayıb, azad mətbuatın hüquqi, fundamental bazası formalaşıb və s. Azərbaycanda azad sözün və azad mətbuatın bərqərar olması və inkişafı heç şübhəsiz ki, birmənalı olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilə qədər qeyri-müəyyənlik içərisində çapalayan, siyasi təzyiqlərə, “senzor qayçısının” amansız həmlələrinə məruz qalan ölkə mətbuatı ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində buxovlardan azad olundu. Ulu öndər düzgün qiymətləndirirdi ki, mətbuat üçün hakimiyyətlə işləmək nə qədər vacibdirsə, hakimiyyət üçün də mətbuat bir o qədər lazımlıdır. Bu iki element siyasi sistemin ayrılmaz komponentləridir. Eyni zamanda, Ümummilli lider ölkənin demokratik inkişafında KİV-in rolunu çox yüksək qiymətləndirirdi. Dahi rəhbər Heydər Əliyev ictimaiyyətə doğru informasiyanı yalnız kütləvi informasiya vasitələri ilə çatdırmağın səmərəsini çox dəqiq bilirdi. Ulu öndər müstəqil dövlət quruculuğunda KİV-in rolunu yüksək qiymətləndirirdi və hakimiyyətdə olduğu illər ərzində bu sahəyə daim diqqətlə yanaşırdı. Bunu təsdiqləyən saysız-hesabsız faktlar mövcuddur. Ulu öndər jurnalistlərlə görüşlərinin birində də qeyd edirdi ki, o, fəaliyyətinin bütün mərhələlərində KİV nümayəndələrinə böyük önəm verib. Doğrudan da, bu, həmişə belə olub. Təcrübəli dövlət xadimi Heydər Əliyev çox gözəl bilirdi ki, ölkənin idarəçiliyində mətbuatın rolu danılmazdır. Lakin hamının yadındadır ki, 1992-1993-cü illərdə müxalifət qəzetləri ağ səhifələrlə işıq üzü görürdü. Həmçinin o vaxt mətbuat orqanlarının belə vəziyyətdə nəşr olunmasını Bakıya gələn beynəlxalq təşkilatların nümayəndələrinə senzuranın, qəzetləri “bəzəyən” ağ ləkələrin nə olduğunu başa salmaq bir o qədər də asan olmurdu.

Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyev “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Həmin fərmanın bir bəndi ilə Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə ləğv olundu. Bu, senzuranın aradan götürülməsi demək idi. Həmin vaxtdan etibarən sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışına qədər yerli jurnalistlərlə əlaqələr demək olar ki, yox səviyyəsində idi, məmur-jurnalist münasibətləri mövcud reallıqlara əsaslanmırdı. Ulu öndər bu problemi də tez bir zamanda həll etdi. Mütəmadi olaraq mətbuat nümayəndələri ilə ünsiyyət qurdu, media ilə işləmək vərdişlərini aşıladı.

Xüsusilə də etiraf olunmalıdır ki, mətbuatın ağır vaxtları 90-cı illərin sonlarında daha qabarıq görünürdü. O vaxtlar iqtisadi sıxıntılar içərisində yaşayan qəzetlərin 2000-ci ilin əvvəllərində durumu çox gərginləşmişdi. Qəzet kağızının qiyməti qalxdığından mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına külli miqdarda borcu yaranmışdı. Bu problem də tez bir zamanda öz həllini tapdı. Gəlin yada salaq ki, bir zamanlar qəzetlərlə dövlət məmurları arasında silsilə məhkəmə çəkişmələri də var idi. Məmurlar qəzetlərdən məhkəmə vasitəsilə böyük məbləğdə cərimələr tələb edirdilər. Bu münaqişələrin səngiməsində də ümummilli lider Heydər Əliyevin böyük rolu oldu. Artıq çoxdan sübut edilib ki, mətbuatın tənqidlərinə ulu öndər Heydər Əliyev qədər dözümlü yanaşan ikinci bir şəxsiyyət olmayıb. Ümummilli lider bir dəfə də olsun özünün haqqında yazılan yazılara mənfi münasibət bildirmirdi. Hətta 2002-ci ildə ümummilli lider Heydər Əliyev jurnalistlərin peşə bayramında da iştirak etdi. Tədbir ərəfəsində isə ölkənin aparıcı qəzetlərinə müsahibələr verdi. Bəs, bütün bunların müqabilində mətbuat necə, Ulu öndərin fəaliyyətini yetərincə obyektiv işıqlandıra bilibmi? Azərbaycan mətbuatı dahi şəxsiyyət Heydər Əliyevə əsl qiymətini verə bilibmi? Etiraf edək ki, ona münasibətdə obyektivlik heç də həmişə gözlənilməyib.

Məlumdur ki, azad mətbuat, demokratik inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Mətbuat azadlığı müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan mətbuat azadlığı bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz bir nailiyyətdir. Həmçinin mətbuat azadlığına hörmət müasir dünyaya qovuşmağın ən əsas yoludur. Etiraf etməliyik ki, sülh və əmin-amanlıq olmadan mətbuat azadlığına tam riayət olunması mümkün deyil. Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və bu gün onun təkmilləşdirilməsi uğurla davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması, azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur.

Əlipənah Kəngərli

Son xəbərlər

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi - Foto

Sabah 32 dərəcə isti olacaq

40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək

Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Azərbaycanda bəzi qanunlar mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılır

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib

Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq

Xəzərdə zəlzələ olub

Britaniyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930