Milli mətbuatda Heydər Əliyev ənənələri
Azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir və Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ideyaların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının gerçəkləşməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Milli mətbuatımızın tarixi bir neçə mərhələyə bölünür. İlk mərhələ Azərbaycanda mətbuatın yaranma dövrü, yəni 1829-1872-ci illəri əhatə edir. Həmin dövrdə bir neçə rusdilli qəzet nəşr olunurdu. Bu baxımdan həmin dövrü Azərbaycan mətbuatının ilkin çağı adlandırmaq olar. İkinci mərhələ milli mətbuatın yarandığı, yəni 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başlaması dövrüdür. Üçüncü mərhələ isə Azərbaycan demokratik mətbuatıdır. 1900-cü illərin əvvəllərində mətbuat sistemində demokratik dəyərlərə yiyələnmək, Azərbaycan cəmiyyətinin savadlanması, maariflənməsi üçün göstərilən cəhdlər daha qabarıq idi. “Molla Nəsrəddin” ədəbi məktəbinin təməli də elə bu mərhələdə qoyulub. 1906-cı il aprelin 7-də nəşrinə başlanılan bu məcmuə milli jurnalistikada, eləcə də ictimai fikirdə ən böyük ədəbi hadisədir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə təsadüf edən mətbuatımızın formalaşmasının, inkişafının dördüncü mərhələsi demokratik, bir qədər də inqilabi mətbuat orqanları yaradılması ilə əlamətdardır. Əgər “Molla Nəsrəddin” demokratik cərəyanın məhsulu idisə, 1915-ci ildən nəşrinə başlanılan “Açıq söz” qəzeti inqilabi ideyaları, Azərbaycanın istiqlaliyyəti problemlərini gündəmə gətirdi. Bu mərhələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha da yetkinləşdi. Təsadüfi deyil ki, əksər ölkələrdən fərqli olaraq, həmin dövrdə Azərbaycanda mətbuat haqqında Nizamnamə yarandı. Parlamentin qəbul etdiyi bu Nizamnamə mətbuatımızın ən şərəfli səhifələrindən biridir. Rusiyanın media mənsubları bu gün də təəssüf hissi ilə qeyd edirlər ki, azad mətbuat haqqında nizamnamə Azərbaycanda 1918-ci ildə qəbul edildiyi halda, nə çar Rusiyasında, nə də sovet dönəmində mətbuat haqqında belə mükəmməl və azad qanun mexanizmi işlənməyib. Onlarda 1991-ci ilə qədər yalnız senzuralı mətbuat mövcud olub. Lakin Azərbaycan mətbuatının bu şərəfli dövrü uzun çəkmədi. Bolşevik işğalından sonra respublikada sovet jurnalistikası, kommunist mətbuatı tətbiq olundu. Beşinci mərhələ adlanan bu dövrdə azad və müstəqil mətbuat anlayışı mövcud olmasa da, Azərbaycan jurnalistikasının bir çox görkəmli simaları həmin o illərdə formalaşıb. Həmin dövrün bir çox çatışmazlıqları ilə yanaşı, Azərbaycanın mətbuat tarixində bu mərhələnin böyük rolu var.
1988-ci ilin sonlarından etibarən isə müstəqil Azərbaycan mətbuatı yarandı və şərti olaraq bu dövrü altıncı mərhələ adlandıra bilərik. Lakin 1988-1993-cü illərdə mövcud olan mətbuatı da sözün əsl mənasında azad hesab etmək olmaz. Azərbaycan mətbuatı həqiqətən öz müstəqilliyinə yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə nail oldu. Azad mətbuatın inkişafına əngəl yaradan süni maneələrin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir çox fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə-bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. Ulu öndər mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, KİV nümayəndələri ilə görüşür, onlarla canlı dialoq keçirirdi. Fərəhli haldır ki, indi bu ənənələr ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cəmil Zəbhullaoğlu

Milli mətbuatda Heydər Əliyev ənənələri
Milli mətbuatda Heydər Əliyev ənənələri
Milli mətbuatda Heydər Əliyev ənənələri
Milli mətbuatda Heydər Əliyev ənənələri
Milli mətbuatda Heydər Əliyev ənənələri
Milli mətbuatda Heydər Əliyev ənənələri
Milli mətbuatda Heydər Əliyev ənənələri

Son xəbərlər

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Serenay Sarıkaya saxlanıldı

ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO

Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı

Türkiyə bu ölkəyə ordunu yenidən qurmağa kömək edəcək

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031