Azərbaycan mətbuatının inkişaf tarixi
Milli mətbuatımızın “Əkinçi”dən bu günə keçdiyi yol

Ölkəmiz ötən əsrdə növbəti dəfə müstəqillik əldə etdikdən, daha doğrusu, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına da pay düşüb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq.
Onu da qeyd etmək yerinə düşər ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il isə Azərbaycan milli mətbuatının 144 illiyidir.
Azərbaycan mətbuatının inkişaf tarixi ilə bağlı silsilə yazıların üçüncüsündə də qeyd etdiyimiz kimi, sovet hakimiyyətinin mətbuat üzərinə ciddi senzura tətbiq etməsinə baxmayaraq, SSRİ dönəmində cəmiyyətin bütün təbəqələrinin maariflənməsinə xüsusi diqqət yetirilirdi. Təbii ki, bu sırada uşaqlar da yaddan çıxmamışdı. Sovetlərin Azərbaycanda uşaq mətbuatı istiqamətində ilkin addımının 1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı zamanı atıldığını da vurğulamışdıq. Həmin yazıda qeyd edildiyi kimi, sözügedən konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli tərəfindən hazırlanan “Pioner” jurnalı bu istiqamətdə ilk uşaq mətbu orqanı kimi tarixə düşüb.

Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti - “Azərbaycan pioneri”

“Pioner” jurnalı sovet Azərbaycanında uşaqlar üçün nəzərdə tutulmuş heç də yeganə mətbu orqan olmadı. Tezliklə bu sıraya “Azərbaycan pioneri” qəzeti də əlavə olundu. Keçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan “Azərbaycan pioneri” 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. “Azərbaycan mətbuat tarixi” adlı kitabda da qeyd edildiyi kimi, sözügedən qəzetin ilk redaktoru M.Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q.Həsənov və İ.Novruzov bu vəzifəni icra ediblər.
Lakin “Azərbaycan pioneri” özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə tanınmış uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il “Azərbaycan pioneri” qəzetinə rəhbərlik edib. Qəzet dörd yüz min, bəzi illərdə isə yarım milyona yaxın tirajla çap olunub. Müxtəlif illərdə “Azərbaycan pioneri” qəzetində görkəmli şairlərimiz Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib, yazıçı-fantast Emin Mahmudov, yazıçı-publisist Əli Səmədov və Əmir Mustafayev kimi ziyalılar çalışıblar. Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə, Cəmil Əlibəyov, Nəriman Süleymanov, Məmməd Araz, Nəriman Həsənzadə, Aqşin Babayev, Eldar Baxış, Tofiq Mahmud, Fikrət Qoca, İlyas Tapdıq kimi tanınmış şair və yazıçılar, qəzetin ən çox oxunan və sevilən müəllifləri olublar.
Qəzet fəaliyyət göstərdiyi illər ərzində uşaqlar və yeniyetmələr arasında hərbi-vətənpərvərlik və idman sahəsində bir çox böyük tədbirlərin təşkilatçısı olub. 1990-cı il 20 yanvar hadisələrindən sonra redaksiya heyətinin qərarı ilə qəzetə “Savalan” adı verilib və həmin vaxtdan bu adla nəşr olunur.

Bolşeviklər gəncləri də diqqət mərkəzində saxlayırdılar

Uşaq mətbuatının inkişafı sovetlər üçün nə qədər əhəmiyyət kəsb edirdisə, gənclərlə bağlı qəzet və jurnalların dərci də bir o qədər əhəmiyyətli idi. Çünki bolşeviklər sosializm ideyasının beyinlərə hakim olması üçün mətbuatın gücündən istifadə etməyin hansı dividentlər gətirdiyini gözəl dərk edirdilər. Yeri gəlmişkən, bolşeviklərin Azərbaycanda gənclərlə bağlı, daha doğrusu, gəncləri öz oxucusuna çevrəcək mətbu orqan yaratmaq planları hələ onlar hakimiyyətə gəlməmişdən öncə, 1919-cu ildən icra edilməyə başlanmışdı. Belə ki, 1919-cu ildə Bakı şəhəri və rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqının gizli şəraitdə keçirdiyi konfransda qəbul olunan qərara əsasən fəhlə gənclər üçün əvvəlcə “Molodoy raboçi”, oktyabr ayında isə “Gənc işçi” qəzetləri nəşr edilməyə başladı.
Mətbuat sahəsini araşdıran mütəxəssislərin də qeyd etdikləri kimi, “Gənc işçi” nəşr olunduğu bütün illərdə komsomolun əlində partiya siyasətini fəal bir surətdə həyata keçirən güclü silah olaraq gəncləri təşkil və tərbiyə etmək, quruculuq vəzifələrinin həllinə səfərbərliyə almaq sahəsində aktiv fəaliyyət göstərdi. Təsadüfi deyil ki, hələ 1928-ci ildə Azərbaycan K(b)P MK bürokratizm və süründürməçiliklə mübarizə etmək vəzifəsini məhz gənclər mətbuatına tapşırmışdı. Böyük Vətən müharibəsi illərində öz fəaliyyətini müvəqqəti olaraq dayandıran “Gənc işçi” qəzeti qələbədən sonra “Azərbaycan gəncləri” adı ilə çıxmağa başladı. Qəzet öz işini gənclərin müharibənin vurduğu yaraları sağaltmaq, xalq təsərrüfatının bərpası, yeni müəssisələr tikmək və sənaye sahələri yaratmaq uğrunda mübarizəsinə yardımçı olmaq istiqamətində qurdu. “Gənc işçi” qəzeti, eyni zamanda, gənclərin yaradıcılıq təşəbbüslərini hər vasitə ilə dəstəkləyirdi.
Qəzetin tirajı 1946-cı ildə 25 min, 1950-ci ildə 28 min, 1955-ci ildə 30 min, 1960-cı ildə 52 min, 1966-cı ildə 260 min olub. “Azərbaycan gəncləri” qəzetinə müxtəlif illərdə Yusif Yulduz, Qəzənfər Məmmədov, Şəfaət Mehdiyev, İsrafil Nəzərov, Əlihüseyn Hüseynov, Böyükağa Həsənov, İdris Qasımov və başqaları redaktorluq ediblər.

Pedaqoji mətbuatın yaranması günün tələbi idi

Ötən əsrin 30-cu illərinin ortalarında Azərbaycanda əhalinin sayının artması, xalq maarifinin inkişafı, yeni elmi-pedaqoji kadrların, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi pedaqoji mətbuatın yaranması ehtiyacını doğururdu. Həmin vaxt sovet Azərbaycanında gedən təhsil, maarifləndirmə prosesinin davamı və tərkib hissəsi olaraq 1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. Qəzet “mədəni inqilab”ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi-pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilinin inkişafında müstəsna rol oynayırdı. Məlumatlara əsasən, “Kommunist maarifi” kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, ilk gündən bu dar çərçivəyə sığmır, daha çox ümumxalq qəzeti, müəllim, ziyalı qəzeti olmağa çalışırdı.
Buna görə də bir müddətdən sonra qəzetin məzmununu daha dolğun ifadə edən yeni ada ehtiyac yarandı. Məhz həmin ehtiyacdan irəli gələrək 1938-ci ildən etibarən “Kommunist maarifi” qəzeti “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. II Dünya müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək “Müəllim qəzeti”nin nəşri dayandırıldı və onun əməkdaşları döyüşən ordu sıralarında cəbhəyə yollandılar.
1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də özünəməxsus üslubuna, dəst-xəttinə, başlıcası isə məramına, amalına sədaqəti qoruyub saxlaya bildi. Müxtəlif illərdə Rüstəm Hüseynov, Ağəli Bədəlov, Mirabbas Aslanov, Şahin Səfərov, Məhəmməd Baharlı qəzetə rəhbərlik ediblər.

Bakı fəhlələrinin daha bir mətbu orqanı

Tarixi məlumatlara əsasən, 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələrin kütləvi “Vışka” qəzetini nəşr etməyə başlayır. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. Əsasən neft sənayesindən yazılar dərc edən “Vışka” respublikanın digər təsərrüfat sahələrindən, fabrik və zavodlarından da yeni xəbərlər verir, qabaqcıl əmək adamlarının həyatını işıqlandırırdı.
Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi 1939-cu ildə “Vışka”nın “Bakinskiy raboçiy” qəzeti ilə birləşməsi üçün qərar verdi. Lakin 9 aydan sonra, yəni, 1 fevral 1940-cı ildən Mərkəzi Komitə qərarını dəyişərək “Vışka”nın müstəqil çıxmasına icazə verdi. Bu vaxt “Vışka”nın tirajı 40 mini ötmüşdü. “Vışka”nın sayəsində məşhur Bakı neftçilərindən Rüstəm Rüstəmov, Gülbala Əliyev, Ağasəf Bağırov, Mirzə Bədirxanov, Ağahüseyn Qafarov və başqaları SSRİ-nin hər yerində tanınmışdı. 1948-ci il may ayının 5-də nəşrə başlamasının 20 illiyini qeyd edən qəzetin son səhifəsində tirajın 60 min olduğu göstərilirdi. Qəzet hazırda fəaliyyətini davam etdirir.

Azərbaycan mətbuatının ən qocaman nəşrlərindən biri - “İdman” qəzeti

Bu bir həqiqətdir ki, sovetlər idmanın inkişafına da xüsusi diqqət verirdilər. İdmanın təbliği və geniş yayılması üçün isə bu sahədən yazan mətbu orqanın olması vacib idi. Sovetlərin tərkibində olan Azərbaycanda bu sahə ilə bağlı qəzetin nəşrində də əsas məqsəd bundan ibarət idi. Məlumat üçün deyək ki, mətbuatımızın ən böyük tarixə malik nəşri olan “İdman” qəzeti həm də Azərbaycanda ən qocaman mətbuat orqanlarından biri sayılır.
1932-ci ildə “Azərbaycan bədən tərbiyəçisi” (“Fizkulturnik Azerbaydjana”) adı ilə çap olunan qəzet Azərbaycan oxucularını idman sahəsindəki son yeniliklərdən, o cümlədən, respublika idmanının uğurlarından xəbərdar edirdi. Fəaliyyət göstərdiyi 80 ilə yaxın bir müddətdə “Azərbaycan bədən tərbiyəçisi” qəzeti indiyədək idmançılarımızın saysız-hesabsız qələbələrini oxuculara çatdırıb. Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində olmaqla 4 səhifədə nəşr olunmuş qəzet, təkcə respublikamızda deyil, həm də keçmiş SSRİ-nin digər regionlarında maraqla oxunurdu.
Qəzetin ilk baş redaktorlarından biri tanınmış yazıçı Aleksandr Kiknadze olub. II Dünya müharibəsi zamanı, 1941-ci ildə əməkdaşlarının cəbhəyə yollanması ilə əlaqədar qəzet fəaliyyətini dayandırdı. Müharibə dövründə və ondan sonrakı illərdə qəzet redaksiyası dəfələrlə yerdəyişməyə məruz qaldığından qəzetin nümunə cildləri, eləcə də, bir çox tarixi sənədləri itib və ya məhv olub. Bu səbəbdən də qəzetin 1932-ci ilin hansı ayında nəşrə başladığı hələ ki, məlum deyil. II Dünya müharibəsi başa çatdıqdan sonra “Azərbaycan bədən tərbiyəçisi” qəzeti öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edə bildi. Bundan 18 il sonra isə qəzetin adı dəyişdirilərək “İdman” qoyuldu.
Maraqlı cəhət odur ki, bu qəzetin əməkdaşlarının bir hissəsi tanınmış idmançılar idi. Belə ki, dünya şöhrətli İnna Rıskal, Vera Lantratova, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov, İbrahimpaşa Dadaşov və başqa tanınmış idmançılar “İdman” qəzeti ilə əməkdaşlıq edib və daimi əlaqə saxlayıblar. Eyni zamanda, “İdman” qəzeti gənc jurnalistlərin peşəkar səviyyəyə yüksəlməsində də mühüm pillə rolunu oynayıb. Bu qəzetdə fəaliyyətə başlamış jurnalistlərdən bir çoxu sonralar “Sovetski Sport”, “Futbol-hokkey” və s. kimi qəzetlərdə məsul vəzifələrdə işləyiblər.
1941-ci ilədək qəzetin rusdilli variantına rəhbərlik etmiş Aleksandr Kiknadze sonralar Moskvada “Sovetski Sport”un futbol şöbəsinin redaktoru olub. “İdman” qəzetinin müxbiri olmuş Yuli Segeneviç də sonralar “Sovetski Sport”da həmin vəzifəni daşıyıb. Vaxtilə “Kommunist”, “Azərbaycan gəncləri” və digər tanınmış qəzetlərə rəhbərlik etmiş bir çox şəxslər də jurnalistikada ilk addımlarını məhz “İdman”da atıblar. Hazırda qəzetin yetirməsi olan jurnalistlər ölkəmizin bir çox telekanallarında və dövri mətbuatda uğurla çalışırlar. Vaxtilə “İdman” qəzeti 120 min nüsxə ilə (90 min azərbaycanca, 30 min rusca) çap olunaraq nəinki Azərbaycanın hər yerində, həm də respublikanın hüdudlarından kənarda da yayılıb.

Cəmil DADAŞOV,
“Ədalət və Həqiqət” qəzetinin təsisçisi və baş redaktoru

Azərbaycan mətbuatının inkişaf tarixi
Azərbaycan mətbuatının inkişaf tarixi
Azərbaycan mətbuatının inkişaf tarixi
Azərbaycan mətbuatının inkişaf tarixi

Son xəbərlər

Kiyev Rusiya ordusunun dron və raket atəşinə məruz qalıb

Kann kinofestivalının qalibləri məlum olub

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs”

“Kür-Araz” qəzeti redaksiyasında oxucularla görüş keçirildi - FOTO

Zülfiyyə İsmayıl : Mərd adamlar - FOTO

Hamını güldürən və ən hazırcavab insanlar bu 4 tarixdə doğulur

Fransada Yelisey sarayında axtarış aparılıb

Makron Trampla İrandakı vəziyyəti müzakirə edib

Keyn “het-trik” etdi - “Bavariya” Almaniya Kubokunu qazandı

Atlaz Rzayi : Yollar - FOTO

ÜST-dən daha bir - Xəbərdarlıq

Təcili təhlükəsizlik iclası çağırdı

"ALLAHIN HƏDİYYƏSİ" adlı roman kitabı şükürlər olsun çapdan çıxdı - FOTO

XƏLİL MİRZƏ : Yaxşı ki, ömrümə döndü xatirən - FOTO

Azərbaycanın diplomatı İranda faciəvi şəkildə vəfat etdi - FOTO

Daha bir güləşçimiz Avropa çempionu oldu

İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub

Qadın karateçimiz Avropa çempionu oldu

Əfsanəvi idmançının evinə basqın edildi - Yaralıdır

Arif Musa : Mən kimi - FOTO

“Çin bölgədə 100-dən çox gəmi yerləşdirib”

Azərbaycanda sənaye meşələri salınacaq

Azərbaycanda meşələrə dronlar nəzarət edəcək – Nazir AÇIQLADI

Kitab təqdimatı :: “ƏLVİDA DEYİRƏM AYRILIQLARA”- FOTO

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb

WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub - FOTOLAR

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031