İDMAN MÜBARİZƏNİ SEVİR - FOTO
Kim bilir, bəlkə də idmanın tarixi bəşəriyyətin tarixi qədərdir. Çünki bəşər inkişaf etdikcə, idman da onunla bərabər addımlamış, günü-gündən irəliləmiş, daha da mütəşəkkil forma almışdır. Ümumiyyətlə, idman nədir, idman necə yaranıb sualına, belə cavab vermək olar: - İdman insanların müəyyən qaydalar üzrə təşkil edilmiş hərəkətləridir, idmanın yaşı kainatın yaşı qədərdir, desək bəlkə də yanılmarıq. Doğma diyarımız Azərbaycanda hələ qədim zamanlarda belə xalq tərəfindən seçilmiş oyunlar sağlamlığın möhkəmləndirilməsinə, işgüzarlığın artmasına, hərbi hazırlığın güclənməsinə xidmət edirdi. Düşmən üzərində qələbə çalmaq üçün pəhləvanlardan dözümlü, iradəli, sağlam və əlbəttə ki, güclü olmaları tələb edilirdi. Alimlərin fikrincə də, idmanın təkcə fiziki gücə deyil, eyni zamanda insan orqanizminə olan təsirinin ancaq müsbət yöndə olduğu təsdiqlənmişdir. Bəli, idman təkcə fiziki cəhətdən insanların güclənməsnə xidmət etmir, idman həmçinin onları gündəlik həyatda da daha hazırlıqlı və demək olar ki, bütün parametrlərdə üstün edir. İdmanla məşğul olmaq təkcə insanın sağlamlığını möhkəmləndirmir, eyni zamanda insanda ruh yüksəkliyi yaradır, dözümlü, zirək və çevik olmasına səbəb olur. İdmana sərf olunan vaxt itirilən vaxt yox, qazanılan vaxtdır, desək səhv etmərik. İdman həm də sərhəd tanımır, bu bütün paramaetrlərdə belədir. Yer kürəsinin hər hansı bir nöqtəsində keçirilən idman yarışını dünyanın hər yerində eyni vaxtda izləmək olur, xəbər tutmaq olur.
İdmanın saysız hesabsız növləri mövcuddur. Bu mənada güləş növü də idmanın ən qədim idman növlərindən biridir. Xalqımızın yaddaşında olan “milli güləş” tarixən daha qədim köklərə malikdir. Bu, idman növünün kökləri daha qədim tarixə əsaslanır. Biz Qobustan qədim qayaüstü yazılarında insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, elementlərə rast gəlirik. Bu o deməkdir ki, milli güləşin elementləri Qobustan qayalarında, eləcə də şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarımızda öz əksini tapmışdır. Tarixi materialları araşdırdıqca, arxivləri varaqladıqca bir daha əmin olursan ki, xalqımız hələ qədim zamanlarda da nə qədər fiziki tərbiyəyə böyük dəyər verirmişlər. Nağıllarda, dastanlarda qəhrəman igidlər özlərinin fiziki hazırlığı ilə həmişə seçilər və fərqlənərdilər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi də 800 il bundan əvvəl yazdığı məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətindən , pəhləvanlıq məharətndən sevə-sevə yazmışdır. Güləşin qədimiliyini sübut edən faktlardan biri də Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Yüzilliklər bundan əvvəl 1789-1871-ci illərdə yaşamış Hüseynqulu Mürsəlqulu, onun tələbəsi Məşədi Əbdül Əlioğlu Axundov, Şomu Abdulla, Mirzə Həşim oğlu Məhəmmədhüseyn, Sar Pənci və bir çox adlarını çəkmədiyimiz insanlar güləş ustaları kimi məşhur olmuşlar. Güləşin bir qolu sayılan sərbəst güləş idman növü də çox yayılmışdır. Belə ki, Azərbaycanın sərbəst güləş növü üzrə də bir çox tanınmış idmançıları olub və bu idman növü də son dövrlərdə demək olar ki, sürətlə yayılmaqdadır. Azərbaycanda bu idman növü ən məşhur idman növlərindən biri kimi öz aktuallığını qorumaqdadır.
Əlbəttə, millətimiz gərək intellektual olduğu qədər də sağlam, qüvvətli və güclü olsun. Gündəlik həyatımızda bunsuz yaşamaq da mümkün deyil. Qarabağ müharibəsi şəraitində, hər daim düşməni fürsət gözləyən, daim ayıq-sayıq olan bir millət kimi ordumuz da güclü, sağlam, düzgün düşünən, fiziki cəhətdən daha güclü olmalıdır. Sözsüz ki, Azərbaycan ölkə olaraq, müstəqil dövlət olaraq çox güclüdür və onu dizə gətirməyə heç bir dövlətin, millətin gücü, qüdrəti çatmaz. Biz vətənpərvər millətik, bu əzm və fədakarlıqlar yolunda, torpaq uğrunda minlərlə can vermişik, şəhid vermişik. Bizlər də öz növbəmizdə bu şanlı ZƏFƏR salnaməsinə töhfəmizi verməli, sağlamlığımızın qayğısına qalmalı, gələcək nəsli sağlam ruhda yetişdirməliyik. Hər bir gəncin vətənpərvər böyüməsində idmanın xüsusi rolu var. İdman sayəsində gənclərimiz pis vərdişlərdən uzaq olur, zərərli vasitələrdən istifadə etməməyə çalışırlar.
2003-cü ildə dövlət başçısı seçilən cənab İlham Əliyev Azərbaycan idmanının hərtərəfli inkişafı və dünyada tanınması, idmançıların sosial müdafiəsinin səmərəli təşkili istiqamətində daha geniş imkanlar əldə etmiş, respublika olimpiya hərəkatının geniş vüsət almasına nail olmuşdur. MOK-a rəhbərliyini uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyev idmançılarla görüşü zamanı belə bir fikir səsləndirmişdir: " Prezident seçiləndən sonra demişdim ki, mən bu vəzifədən imtina etməyəcəyəm və bu gün də imtina etmirəm. Bundan sonra da idmançılarla bir yerdə olacağam. Ümumiyyətlə, idmançılarla, idman mütəxəssisləri ilə, idman veteranları ilə ünsiyyətdə olmaq, deyə bilərəm ki, doğrudan da, böyük məktəbdir. Çünki bu, tam bir başqa aləmdir. İdmançı elə bir insandır ki, onun mənəvi xüsusiyyətləri də çox yüksək olur. Əsl idmançı heç vaxt pis işlərlə məşğul olmaz, heç vaxt ona yaraşmayan işlərə qoşulmaz. Əsl idmançı həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam insandır. Mən çox şadam ki, Azərbaycanda məhz belə idmançılar mövcuddur və bizi təmsil edən, beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldıran gənclər həm peşəkar idmançılardır, həm də çox böyük mənəvi xüsusiyyətlərə malik olan insanlardır". Azərbaycanda dövlət başçısının idmana göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, bu gün nəinki paytaxt Bakıda, artıq bütün regionlarımızda, rayonlarımızda da müasir tələblərə cavab verən olimpiya kompleksləri fəaliyyətdədir. Bu, eyni zamanda regionlarda idman ənənələrinin bərpasına, insanların sağlam həyat tərzinin formalaşmasına, eyni zamanda beynəlxalq yarışlarda uğurla çıxış edə biləcək yüksək səviyyəli idmançıların və milli komandaların hazırlanmasına yönəldilmişdir.
Ölkəmizdə populyar olan sərbəst güləş növü də zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Sərbəst güləş üzrə də bizim xeyli dəyərli idmançılarımız vardır ki, onlar idmanın bu sahəsində ölkəmiz üçün, gənclərimiz üçün xeyli səmərəli fəaliyyət göstərmişlər. Milli güləşin əksər elementlərini özündə cəmləşdirən sərbəst güləş “Amerika güləşi” kimi tanınır. Amma bu nə dərəcədə doğrudur, onu əlbəttə ki, tarixçilərimiz və idmançılarımız deyə bilər. Çünki güləşin bütün elementləri sərbəst güləşdə var və qeyd etdiyimiz kimi, sərbəst güləş - güləş növüdür. Sərbəst güləş faydalarına görə digər idman növlərindən çox fərqlidir. Belə ki, idmanda idmançıdan ən çox güc tələb edən növ güləşdir. Güləş eyni zamanda insanı düşünməyə vadar edir. Bu növ idmanla məşğul olarkən insan fiziki güclə yanaşı, ağlını da işlətməlidir. Hansı fəndə necə qarşılıq vermək, rəqibin zəif tərəfini sezmək kimi xüsusiyyətlərə malikdir. Araşdırmalara görə, güləşlə məşğul olan insanların intuisiyası çox güclü olur. Onlar rəqibinin hansı fənddən istifadə edəcəyini əvvəlcədən duyur, hiss edirlər. Eyni zamanda güləş cəsarət, özünə güvənən, kimi gözəl xüsisiyyətləri özündə cəmləşdirir. Sərbəst güləş də olimpiya oyunlarında idman növləri arasında yer tutur. Sərbəst güləşin kökündə əsas məqsəd rəqibin belini tez bir zamanda döşəyə vurmaq hədəf götürülür. Sərbəst güləşdə Yunan – Roma güləş növündən fərqli olaraq rəqibin ayaqlarından tutaraq fənd tətbiq etmək mümkündür. Həmçinin, güləşçi öz ayaqlarından da badalaq atmaq üçün və ya çarpaz fəndlər istifadə etməklə xal əldə edə bilər. Sərbəst güləş ilk baxışdan klassik güləşə oxşayır, lakin klassik güləşdən fərqli olaraq sərbəst güləşdə badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Qədim tarixi dövrlərdən bu yana xalqımızın ata idman növü hesab edilən güləş və sərbəst güləş bu gün də gənclərimiz arasında sevilir və sevilməkdədir. Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir. Yeni gənc nəsil yetişir, bu gənc nəsil idmana çox maraq göstərir, doğrudan da bu çox sevindirici haldır.
Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən "Zirvə uşaq idman akademiyası" da bu baxımdan müasir tələblərə cavab verir və gənclərimizin sağlam ruhda tərbiyəsinə xidmət edir. Burada demək olar ki, idmançılar üçün hər cür şərait yaradılmışdır.Uşaqlar, yeniyetmələr gəlib burada məşq edir, yüksək səviyyədə aparılan məşqlər uşaqlarımızın həyat tərzinin möhkəmlənməsinə xidmət edir. Onlar burada təcrübəli idman mütəxəssislərindən dərindən idmanın sirrlərinə yiyələnirlər. Həmin idman mütəxəssislərindən bu gün sizləri iki dəyərli idmançı ilə tanış edəcəyəm. Onlar gənc olmalarına rağmən, fiziki cəhətdən güclü olduqları qədər də mənəvi cəhətdən çox sağlam və zəngin insanlardır. Öyrətdikləri uşaqlarla necə gözəl və mədəni rəftar edirlər, usanmadan, çəkinmədən, tələsmədən çalışırlar ki, əsas uşaqların bazası, təməli möhkəm olsun. "Nə qədər uşaqların təməlini möhkəm qurarsansa, o qədər də yüksək nəticə əldə etmiş olursan" deyir, bizim bu günkü müsahiblərimiz. Onlardan biri Arif Aruz oğlu Hüseynov, digəri isə Məhəmmədəli Namiq oğlu Quliyevdir. Tanış olaq:
İDMAN MÜBARİZƏNİ SEVİR - FOTO

1996- cı il doğumlu Salyan rayonunda anadan olmuş Hüseynov Arif Aruz oğlu sərbəst güləş üzrə 3 qat Azərbaycan çempionu, Avropa çempionatının gümüş mükafatçısı, Dünya Çempionatının bürünc mükafatçısıdır. Atası əlindən tutub idmana gətirəndə cəmi 7 yaşı vardı Arifin. İdmana həvəsini və böyük marağını atası aşılamışdı Arif Hüseynova. Hər zaman atasının dəstəyini üzərində hiss etdiyini deyir, Arif hocamız. "Mən bütün uğurlarımı atama borcluyam", deyən Arif hocamız 7 yaşından güləşlə məşğul olmağa başlayır. Həyatını , beləliklə də bütün fəaliyyətini idman üzərində qurur Arif Hüseynov. İlk nəzərə çarpan uğurunu 11 yaşı olarkən qazanır. 12 yaşında olarkən "Neftçi" idman klubuna yazılır, bundan sonra idman uğurları davamlı gəlməyə başlayır. İlk məqçisi mərhum Fəxrəddin İmanov və Zaur Burziyevlə məşqlərə başlayır. Elə ilk dəfə komandada uğurunu 12 yaşında olarkən qazanır. Peşəkar idmanla məşğul olanda isə məşqçisi Elman Əzimzadə olur. Onun nəzarətində, güclü məşqlərinin nəticəsində 3 dəfə Azərbaycan çempionu adını və titulunu qazanır. 2012-ci il Varşavada keçirilən Beynəlxalq turnirin qalibi, həmçinin Heydər Əliyev adına Naxçıvan kubokunun 2 qat qalibi, 2014-cü ildə Türkiyənin Ərzurum şəhərində qızıl kəmər uğrunda keçirilən yarışın qalibi, Xorvatyanın Zaqreb şəhərində keçirilən Beynəlxalq Turnirin gümüş mükafatçısı olmuşdur Arif hocamız. 2015-ci ildə Braziliyanın Salvador de Bahia şəhərində keçirilən Dünya Çümpionatının bürünc mükafatını qazanmışdır. Arif hocamız bu gün də əzmlə öz üzərində çalışır, azyaşlı yeniyetmə gənclərimizə xüsusi zövqlə bu idman növünü sevdirə bilir, onlara sərbəst güləş idman növünün sirrlərini sevə-sevə öyrədir Arif hocamız. Biz də öz növbəmizdə Arif hocaya ancaq və ancaq uğurlar diləyirik.
İDMAN MÜBARİZƏNİ SEVİR - FOTO

İDMAN MÜBARİZƏNİ SEVİR - FOTO

Məhəmmədəli Namiq oğlu Quliyev 2003- cü ilin mart ayının 23-də anadan olub.
Məhəmmədəli 4 yaşında olarkən akrobatika ilə məşğul olub. Ondakı əzm və iradəni görən atası Namiq hoca oğlu Məhəmmədəlini 9 yaşı olanda sərbəst güləş məşqlərinə aparır. İlk məşqçisi öz atası Namiq Quliyev olur. Atası Namiq Quliyev də 7 dəfə Zaqafqaziya çempionu olmuşdur. Namiq Quliyev hal-hazırda Azyaşlılar üzrə milli komandada baş məşqçi işləyir. Günü-gündən öz üzərində əzmlə çalışan Məhəmmədəli Quliyev akrobatika üzrə 5 qat Azərbaycan çempionu, 4 qat Bakı çempionu, sərbəst güləş üzrə 3 qat Azərbaycan çempionu, 5 qat Bakı çempionu, sərbəst güləş üzrə isə 2018-ci ildə Dünya kubokunda 1 yeri qazanıb. Əlbəttə ki, bu gün bunları sadalamaq sözdə asan gəlir, amma bunların ardında nə qədər ciddi rejimdə əmək sərf olunur, enerji dayanır, məşqlər aparılır. Məhəmmədəli hocamız da gənclərlə, azyaşlı uşaqlarla məşğul olaraq sərbəst güləşin sirrlərini öyrətməyə çalışır. O, qətiyyətlə azyaşlı uşaqların əlində telefon işlətmələrinə, asudə vaxtlarını boş keçirməklərinə qarşıdır. Ona görə də var qüvvəsi ilə çalışır ki, öyrətdiyi uşaqlar idmana həvəslə gəlsin, inciməsin, zədə almasınlar. Və mənim nəvəm Əmir də Məhəmmədəli hocanın öyrtədiyi uşaqların sırasındadır. Mən şəxsən bir nənə olaraq nəvəmin bu cür hocanın öyrəncisi olmasına görə çox məmnunam. Əminəm ki, yaxın gələcəkdə mənim nəvəm Əmir, eləcə də onun digər öyrənciləri də hocalarının layiqli davamçıları olacaqlar. Bu yolda Məhəmmədəli hocaya və öyrəncilərinə başarılar diləyirəm. Uğurlarınız bol olsun, hocam!
Doğrudan da, Azərbaycanda idmana böyük diqqət və maraq göstərilir. Bu münasibət idmana olan sevgidən qaynaqlanır. İnsanlarımızın, xüsusilə də gənclərimizin idmanla məşğul olmaları üçün bütün lazımi şəraitlər yaradılmışdır. Ölkəmizin idmançıları müxtəlif beynəlxalq idman yarışlarında, çempionatlarda, olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan idmançılarının Avropa, dünya çempionatları və kubok yarışlarında qazandıqları medal və kuboklar bizə deməyə əsas verir ki, dövlətimizin idmana göstərdiyi diqqət və qayğı daim idmançılarımızın üzərindədir.
Bəli, güləş mübarizəni sevən idmandır. Mübarizəni sevən insanlar isə hər zaman Vətənini sevir. Vətənin mübariz, qəhrəman övladları var olduqca, Azərbaycan daima yaşayacaq, dünya arenalarında üçrəngli bayrağımızı daim yüksəklərə qaldıracaqdır. Bu yolda idmanla məşğul olan bütün gənclərimizə ancaq və ancaq uğurlar diləyirəm.

TƏRANƏ ƏMİR QIZI CƏBİYEVA
YAZIÇI - PUBLİSİST

Son xəbərlər

“Hərbi gücümüz ildən-ilə artacaq”

“Dayandırın bu təhlükəli oyunları!” - Dağıntılar arasında xəbərdarlıq

“Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”

Ukraynada daha bir azərbaycanlı həlak oldu - Fotolar

“Mənim telefonum bağlıdır” - Santuş

Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər

Yutubdan yenilik

Bakıda qətlə yetirilən məktəblinin FOTOSU

Hava Limanı yolunda sürət həddi endirildi

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

UEFA Avropa Liqası: Liqa mərhələsində II turun qarşılaşmaları keçirilib

"Taş kağıt makas" reytinq qurbanı OLDU

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

Münəvvərin qalmaqallı qətli yenidən gündəmdə - Məzarda kəfən yoxdur

"Malmö"nün baş məşqçisi: "Qarabağ" güclü komandadır"

Qurban Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu"

“Malmö”nün baş məşqçisi: Layiqli qələbə qazandıq

Avropa Liqası: “Qarabağ” “Malmö”yə məğlub olub - YENİLƏNİB-6 - FOTOLAR

22 yaşın mübarək - Məhəmməd! - FOTO

İsrail İranın nüfuzlu şəxslərini vuracaq - FT

Cəbrayılda “Prestij-Kimya” MMC-nin təməli qoyuldu

Prezident Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir

Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib

Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib

İran uçuşları bərpa etdi

Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031