Baş nazirdən MÜHÜM QƏRAR - Bundan sonra...Baş nazir Əli Əsədov “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləği”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

"Turaztv.az" Axar.az xəbər verir ki, qərar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləğini müəyyən edir və əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərdə onlar üçün zəruri olan mənzil-məişət şəraitinin yaradılmasını nəzərdə tutur.

Dayaq-hərəkət funksiyası pozulmuş əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərə sərbəst giriş-çıxışını təmin etmək məqsədilə evlərin girişində pandusların quraşdırılması, öz-özünə xidmət etmək üçün sanitar qovşağinda tutacaq və dayaqların quraşdırılması, sanitar qovşağının qapısının xaricə açılan olmaqla bərabər bayırdan açılmasının da təmin edilməsi zəruri hesab olunur.

Fərdi evlər uyğunlaşdırılarkən əlilliyi olan şəxslərin, xüsusi ilə də gözdən əlillərin qapı açılarkən zədə almaq ehtimalı yüksək olduğu üçün otaqların və mətbəxin qapılarının xüsusi diyircəklər üzərində hərəkət edən qapılarla əvəz olunması vacib hesab edilir.

Fərdi evlərin uyğunlaşdırılması xərcləri otaq sayına uygun olaraq cari qiymətlər səviyyəsində hesablanıb.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləği aşağıdakı kimidir:


1. İkitərəfli məhəccəri olan panduslarınquraşdırılması üzrə - 3845,0 manat;

2. Sanitar qovşağında tutacaq və dayaqların quraşdırılması üzrə - 280,0 manat;

3. Sanitar qovşağındakı qapıların hər iki tərəfə açılan qapılarla əvəz olunması üzrə - 379,0 manat;

4. Otaq və mətbəx qapılarının xüsusi diyircəklər üzərində hərəkət edən qapılarla əvəz olunması üzrə -1144,0 manat.

5. Cəmi 5648,0 manat.

Əlavə dəyər vergisi (18%) ilə birlikdə, cəmi 6665,0

İki qapı üçün müəyyən olunmuş minimum məbləğ. Hər bir otaq üçün bir otaq qapısı nəzərdə tutulmaqla və cəmi 5 otaqdan çox olmamaqla hər əlavə otaq qapısı üçün xərclər 530 manat təşkil edir.

Son xəbərlər

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bu nişanlı cütlüyü 189 ölkədə axtarırlar

Ağstafada qəza oldu - Ölən və yaralanan var

Elbrusda son beş gündə 7 nəfər öldü

Daha bir ölkənin nüvə silahı əldə etməsinə qarşıdırlar

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031