
Xəbərlər
3.06.2019, 16:22
Türkiyə sərhədində törədilən güclü partlayışda 21 nəfər həyatını itirib

Suriyanın Hələb vilayətindəki Azez rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, daha 50-yə qədər dinc sakin yaralanıb. Partlayış minalanmış avtomobilin partladılması ilə törədilib.
Hücumun PKK terrorçuları tərəfindən törədildiyi güman edilir. Qeyd edək ki, Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Azez rayonu müxalif qüvvələrin nəzarətindədir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












