İqtisadiyyat naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nazir Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfirə uğurlar arzulayıb. O, vurğulayıb ki, ortaq dini, mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.

M.Cabbarov təcavüzkar Ermənistanın silahlı birləşmələrinin sentyabrın 27-dən başlayan növbəti hərbi təxribatları, ağır artilleriya və raket qurğuları ilə mülki əhaliyə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

O, son günlərdə Pakistanda baş verən və insan tələfatı ilə nəticələnən terror aktlarının qəti şəkildə pislənildiyini vurğulayıb və səfirə dərin hüznlə başsağlığı verib.

Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyir və daim Azərbaycanın yanındadır.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər barədə müzakirələr aparıb.

Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031