5 günlük müharibənin Ermənistanı saldığı vəziyyət...



Sentyabrın 27-də erməni hərbi birləşmələrinin cəbhəboyu yaşayış məntəqələrinə və mülki əhaliyə hücumuna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-əməliyyatlar artıq 5 gündür davam edir.

Bütün cəbhəboyu istiqamətdə ağır itkilər verən Ermənistan çətin vəziyyətə düşüb. Sosial-iqtisadi çətinliklə üzləşən işğalçı ölkə ordusunun ərzaq təminatından tutmuş əsgər çatışmazlığına qədər müxtəlif problemlərlə üzləşib.

Döyüş qabiliyyəti tükənir

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində Ermənistan ordusu 2300-dən çox itki verib. Bununla yanaşı, mövqeləri tərk edən, müxtəlif yollarla döyüşməkdən imtina edən erməni hərbçilərin sayı getdikcə artır. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi əsgər çatışmazlığını üç mənbənin resursları hesabına aradan qaldırmağa çalışır:

1. Diaspordakı erməniləri müharibəyə çağırır;

2. Xarici ölkələrdən, xüsusilə Yaxın Şərq ölkələrindən olan muzdluları cəlb edir;

3. Səfərbərlik elan olunub;

Diaspor erməniləri döyüşmək üçün Ermənistana gəlməkdən daha çox, sosial şəbəkələrdə və digər informasiya resurslarında sözlə dəstəyə üstünlük verir. Bununla yanaşı, koronavirus pandemiyasına görə sərhədlərin bağlı olması gəlmək istəyənlərin qarşısını kəsir.

Müxtəlif ölkələrdən toplanan muzdlu döyüşçü resursu da tükənməkdədir. Çünki iqtisadi kollapsla, ərzaq qıtlığı ilə üzləşən Ermənistanın muzdlu döyüşçülərin “əmək haqqını” ödəmək üçün vəsaiti azalıb.

Səfərbərlik çağırışı ilə toplanan resurs isə yararsız vəziyyətdədir.

Xəstə və əlillər, yaşlılar və qadınlar... Hazırda erməni ordusunun itkilərini əvəz edən resurslar bundan ibarətdir. Səfərbərliyə alınan və könüllü olaraq hərbi xidmətə gələn yaşlı, xəstə və qadınların döyüş qabiliyyəti yoxdur. Həmçinin, onların hərbi geyim və qida ilə təminatında da problemlər yaşanır.

Ölkədə demoqrafik problemlər, gənclərin iş üçün xarici ölkələrə köçməsi, həmçinin, ordudan yayınmaq üçün müxtəlif yollara əl atması, hətta özlərini cinsi azlığın nümayəndəsi kimi göstərməsi Ermənistan ordusunda canlı qüvvə çatışmazlığını həll etməyin mümkünsüzlüyünü deməyə əsas verir. Video və fotofaktlar, eləcə də sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlar da bunu təsdiqləyir.

Silah və hərbi ləvazimat azalır

Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində Ermənistan 130-dan çox tank və digər zirehli texnika, 200-dən çox artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası, S-300 zenit-raket qurğusu, hərbi kalonlar və digər texnika itirib. Bu itkilərin sayı gün ərzində bir neçə dəfə artır.

Düşmənin məhv edilən hərbi texnikası ilə yanaşı, geri çəkilərkən qoyub qaçdığı texnikalar da var. Mövcud vəziyyətdə erməni ordusu silah və digər hərbi ləvazimatların çatışmazlığı ilə üzləşib.

Dərman və qida problemi

Hərbi əməliyyatlar zamanı minlərlə itkilər verən erməni ordusunda yaralıların sayı da kifayət qədərdir. Ermənistan mediası Xankəndidə hospitalların dolduğunu, yaralıların çoxunun Ermənistanın müxtəlif bölgələrinə aparıldığını yazır. Son məlumata görə, Sisian, İrəvan və Xankəndi hospitalları yaralılarla doludur.

Ermənistan Səhiyyə Nazirliyi xəstəxanalarda yer olmadığı üçün əlavə xəstə qəbulunu məhdudlaşdırıb. Həkim və tibbi işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün könüllülər toplanır. Həmçinin, qan ehtiyatı toplamaq üçün könüllü donor axtarışına çıxıb. Bütün çağırışlara baxmayaraq, qan çatışmazlığı yaşanır.

Ermənistan ordusunun ərzaq təminatında da ciddi problemlər yaranıb. Hətta bütün ərzaq məhsulları ordu üçün toplanmasına baxmayaraq, ehtiyacı tam ödəmək mümkün olmayıb. Hazırda həm ordu, həm də əhali ərzaq qıtlığı ilə üzləşib.

“Newsarmenia” saytı yazır ki, siqaret və qəhvə belə tapılmır.

- Siqaret;

- İçməli su;

- Konservlər;

- Qatılaşdırılmış süd;

- Un məmulatları;

- Qəhvə;

- Gigiyena vasitələri;

Sayt qeyd olunan bu ərzaqların və gigiyena vasitələrinin belə qıtlığının olduğunu yazır.

İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən yaradılan separatçı “dqr” rejiminin “kənd təsərrüfatı nazirliyinin” çağırışı da real vəziyyəti təsvir edir.

Çağırışda əhaliyə “müharibə şəraitini nəzərə almaq” və ərzaq qıtlığını anlayışla qarşılamaq tövsiyə olunur. Son məlumatlara görə, Ermənistandan Qarabağa göndərilən ərzaq və digər ləvazimatlar da dayandırılıb.

Hərbi əməliyyatların başlanmasından cəmi 5 gün keçir və işğalçı ölkə artıq tükənməkdədir. Nüfuzlu beynəlxalq hərbi-strateji araşdırma mərkəzləri də Ermənistanın mövcud resursları ilə Azərbaycana qarşı müharibəni uzun müddət davam etdirmək imkanının olmadığını təsdiqləyir. Mövcud vəziyyət göstərir ki, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə işğalçı ölkənin qısa müddətdə təslim olmaqdan başqa çarəsi qalmayacaq. Ermənistanın siyasi rəhbərliyinin döyüşlərin dayandırılması üçün qapı-qapı düşməsinin səbəbi də budur.

Son xəbərlər

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Tramp İranı yenidən atəşkəs rejimini pozmaqda ittiham edib

Seneqal - İraq matçındailk hissə yekunlaşdı

Yayda hansı mələk rəqəmi sizə yol göstərəcək? - Doğum ayına görə PROQNOZ

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

"Neftçi" slovakiyalı hücumçunu transfer etdi

Azanı qadağan etməyə hazırlaşırlar

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

Mən səni eradan əvvəl sevmişəm - FOTO

Məşhur aktyor “Yeraltı”dan getdi - FOTO

"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub - FOTOLAR

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Kadir İnanır vəfat etdi

Xalq adamı - FOTO

Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Polis 61 nəfəri saxladı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi” - Kamaləddin Qafarov

Niderland Tunis millisini məğlub etdi

Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi

“Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb

Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930