
Xəbərlər
18.09.2020, 09:24
Abşeronda ər və arvad bellə döyüldü

Abşeron rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
1967-ci il təvəllüdlü Tağıyev Əyyub Şakir oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Tağıyeva Səadət Siracəddin qızı qonşuluqda yaşayan qadın ilə əlbəyaxa dava ediblər. Dava zamanı Ə.Tağıyev və S.Tağıyeva küt alətlə (bel) döyülüb.
Yaralılar müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











