
Xəbərlər
29.08.2020, 18:11
Təcili xəbər : Azərbaycanda koronavirusa yoluxma yenidən kəskin artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, ötən müddət ərzində isə ümumilikdə 910 890 test aparılıb. Qeyd edək ki, ötən gün 142 yeni yoluxma faktı qeydə alınmış, 97 nəfər müalicə olunaraq sağalmış, 3 nəfər vəfat etmişdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












