Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutu ilə birlikdə Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi ilə bağlı tədbir keçirilib.

“Sabir Rüstəmxanlı – mütəfəkkir Xalq şairi və istiqlal mübarizi” mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Xalq şairi ilə bağlı təbrik sözləri söyləyiblər.
Elmi konfrans məruzələrlə davam edib. Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətli “Sabir Rüstəmxanlı yaradıcılığında tarixi Azərbaycan və milli məsələ”, fəlsəfə elmləri doktoru Mətanət Şəkixanova “Sabir Rüstəmxanlının ‘Ömür kitabı’ – milli ruhun və kimliyin oyanış düsturu” mövzularında çıxış edərək Xalq şairinin yaradıcılığında milli kimlik, milli ruh, tarix və istiqlal məsələlərinin həlli haqqında fikirlərini bildiriblər.
Daha sonra professor Salidə Şərifova “Sabir Rüstəmxanlı romanlarında mifoloji və fantastik amillərin əksi” mövzusunda çıxış edib, fəlsəfə elmləri doktoru, Vətən müharibəsi veteranı Radif Mustafayev isə şairin “Qarabağa dönüş” poemasındakı məchul qəhrəman obrazını təhlil edib.
Professor İlham Tahirov Sabir Rüstəmxanlı yaradıcılığının dil xəritəsi, leksikoloji zənginliyi haqqında ətraflı məlumat verib, şairin dilinin dilçiliyimizdə ilk müəllif korpusu nümunəsi olduğunu diqqətə çatdırıb.
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Sabir Rüstəmxanlının Türk dünyasındakı mövqeyindən, Türk birliyi uğrunda mübarizəsindən danışıb.
Şairə Asya Əhmədova çıxışında Sabir Rüstəmxanlı poeziyasında Qarabağ mövzusu, işğala qarşı mübarizə və Xocalı faciəsi haqqında fikirlərini bildirib.
Sonda Sabir Rüstəmxanlı çıxış edərək tədbirin təşkilatçılarına və məruzəçilərə təşəkkürünü bildirib.




Son xəbərlər

Kim Çen İn komaya düşüb? - Bacısı yerinə keçə bilər

“Heç kimin inancımı sorğulamağa haqqı yoxdur”

Türkmənistan mələyi - FOTO

Pakistanın Baş Qərargah rəisi Tehrana gedir

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” olaraq dəyişdirməyi təklif etdi

Ağ Evin bir müddət mətbuat katibi olmayacaq

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Oktyabrın 20-si Zəngilan şəhəri günüdür - FOTOLAR

SÖZÜNƏ SƏDAQƏTLİ, QƏLƏMİNƏ VƏFALI ZİYALI — HÜSEYN İSAOĞLU 65 YAŞINDA

PÜSTƏ RƏVAN : GÖRÜŞÜNƏ TƏLƏSİRƏM MƏN - FOTO

Leyla Əliyeva Oğulcahan Atabayeva ilə görüşdü - FOTOLAR

"Eşref Rüya"nın aktrisası yeni serialda - FOTO

Ehsan aşını yeyən 100 nəfər zəhərləndi

Sahibə Yusif : Çörək qoxusu - FOTO

Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər

Paxıl insanları neylərdin, İlahi? - FOTOLAR

Rauf dostum ("Həkəri" qəzetinin redaktoru, şair-publisist, yaxın dostum Rauf İlyasoğluna)

Leyla Əliyeva Türkmənistanda səfərdədir

NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

"Ağ xalatlı qəhrəman" kitabının təqdimatı 17 oktyabr 2026-cı il tarixində Yardımlıda keçirildi - FOTOLAR

“Son baxış – Heydərin hekayəsi”

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Teymur Musayev Anar Bayramovu kollektivə təqdim etdi - FOTO

Avropanın turizm və kruizlər üçün ən yaxşı şəhəri bəlli oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031