Qarabağda SAVAŞ BAŞLAYIR: Moskvadan idarə olunacaq həmlənin ŞOK DETALLARI

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə qərarı ilə həbsdən azad olunması Baş nazir Nikol Paşinyanı dərindən narahat edir. Bunun nəticəsidir ki, Paşinyan xalqı küçələrə çağırır və məhkəmələrin bloklanması ilə bağlı əmr verir. Baş nazir məhkəmələrin bir neçə saatlıq fəaliyyətini əngəlləməklə gücün kimdə olduğunu nümayiş etdirmək istəyir. Ötən ildən başlayan inqilabın ikinci mərhələsinin məhz hüquq-mühafizə orqanlarına qarşı aparılması Nikol Paşinyan hakimiyyətinin sallanmasından xəbər verir.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli mətbuata məsələ ilə bağlı açıqlamasında bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsindən 10 ay keçib və o, bu müddət ərzində ən azından hüquq-mühafiə orqanlarını, ən azından, neytrallaşdırmalı, inqilab ab-havasına kökləməli idi: "Belə görünür ki, Paşinyan hüquq-mühafizə orqanlarının bir qismini, xüsusilə, məhkəməni tamamilə nəzarətsiz buraxıb. Məhkəmə köhnə hakimiyyətə, yəni Sarkisyana tabe olur və onun dediklərini yerinə yetirir. Sözsüz ki, bu məsələdə Moskvanın da müəyyən təzyiqləri nəzərə alınmalıdır. Çünki Vladimir Putinin həbsxanada ikən Koçaryanı doğum günü münasibətilə təbrik etməsi, hətta İrəvana səfəri zamanı ilk olaraq Koçaryanı ziyarət etmək istəyini açıqlaması Ermənistan cəmiyyətinə ciddi surətdə təsir göstərib”.

Politoloqun fikrincə, Paşinyan hələ də küçə inqilabçısı olaraq qalır: "Bundan qabağa gedə bilməyib. Paşinyan öz hakimiyyətini qurmaq üçün dərin islahatlara getməli idi. Məhkəmə, dövlət hakimiyyət orqanlarında struktur islahatlarına, kadr potensialının yerləşdirilməsi məsələlərinə baxmalı idi ki, belə vəziyyətlərdə durumdan çıxa bilsin. Paşinyanın inqilab iddiaları gülməli gəlir. Ermənilər elə dayanmadan inqilablar etməyəcək ki”.

Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan Robert Koçaryan həbsxanadan çıxdıqdan sonra daha əsəbi, daha lovğa və təkəbbürlü bəyanatlar verməyə başlayıb: "Baş nazir mübarizənin növbəti mərhələsinin başlandığını bildirdi. Mübarizənin Dağlıq Qarabağdan, Xankəndidən başlayacağını bəyan etdi. Belə görünür ki, Paşinyan xalqı ümidsiz və əzgin vəziyyətdə inqilabın üçüncü mərhələsinə keçirməyə çalışır. Digər tərəfdən isə Koçaryan, Sarkisyan, Saakyan və digərləri sözü bir yerə qoyaraq siyasi mübarizənin yeni həlledici mərhələsinin start götürdüyünü elan etdilər. Faktiki olaraq, Ermənistanda iki ideologiya formalaşıb. Biri zəif və üzgün səslə insanları üçüncü inqilaba səsləyir. Əksinqilabın inqilaba qarşı hücum etdiyini bəyan edir. Digər tərəfdə separatçı rejimin başında duran adamlardan ibarət, əllərində kifayət qədər maliyyə vəsaiti olan, ələlxüsus, Rusiyanın ciddi hüsn-rəğbətindən istifadə edən cəbhə əksinqilab şəklində hücuma keçməyə hazırlaşır. Proses dərinləşməkdədir. Paşinyanın isə manevr imkanları o qədər də geniş deyil. Tutaq ki, polisə əmr verdi və Koçaryanı yenidən həbs etdirmək istədi. Bunun üçün məhkəmənin qərarı lazım olacaq. Məhkəmə isə artıq itaətdən çıxıb və azadlığa buraxdığı adamı yenidən həbs etdirmək haqqında qərar çıxarmayacaq. Bu da məsələni hüquqi müstəvidə həll etməyə imkan verməyəcək. Koçaryanı ram etmək üçün Müdafiə Nazirliyinin qüvvələrindən, Xüsusi Xidmət Orqanlarının xüsusi təyinatlı gücündən istifadə edə bilməz. Bunun özü də qanundankənardır. Paşinyan rəqiblərini ya ram edəcək, ya da zaman fasiləsi verəcək. Bu zaman fasiləsində də ya onun rəqibləri ölkədə olmayacaq, ya da ölkədə olan hissəsi Paşinyanın özünə qarşı mübarizəyə başlayacaq. Beləliklə, bölünmüş cəmiyyət yaranacaq”.

Politoloq sonda qeyd edib ki, Paşinyanın atdığı addımları hələ ki, cəsarətli addım kimi dəyərləndimək olmur: "Hətta burada bir məğlubiyyət elementləri də nəzərə çarpır. Görünür, Dağlıq Qarabağ da daxil olmaqla, Ermənistanda siyasi temperatur xeyli qalxacaq. Bu temperatur isə Moskvadan idarə olunacaq”.(publika)

Son xəbərlər

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031