Erməni baş nazirin xalqa bir illik “hesabatı” - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Şuşada yallı oynadı. Sonra da İrəvanda velosiped sürdü. Baş nazirin bu davranışları diqqəti cəlb etməklə yanaşı müzakirələrə, suallara yol açıb. Nikol Paşinyan bu jestləri ilə hansı mesajları vermək, nə demək istəyir? Erməni baş nazir özünün sadə və avropalı siyasətçi imicini yaratmaq istəyir, yoxsa bir il ərzində xalqa verdiyi vədləri yerinə yetirmədiyini indi də bu cür jestlərlə pərdələmək, insanlarda özü haqda dəyişən rəyin qarşısını almağa çalışır?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın etdikləri siyasi texnoloqların, piar menecerlərinin konsaltinq fəaliyyətinin nəticəsidir: “Qərbdə publikaya hesablanmış bu cür addımlar siyasətçinin ictimaiyyət arasında reytinqinin, onun nüfuzunun artmasına yönəlmiş tədbirlər silsiləsindən səmərəli vasitə hesab olunur və bunu nəinki Qərb, hətta bir sıra postsovet ölkə liderləri edirlər. Biz hətta Rusiya prezidenti Putini hər nə qədər avtoritarizmdə ittiham etsələr belə, onun da vaxtaşırı bu cür üsullardan istifadə etdiyini müşahidə edirik. Aydındır ki, Paşinyan bu vasitələrlə modern, qərbyönümlü lider imici yaratmağa çalışır. Bu, ermənilərin heç zaman qarşılaşmadığı bir siyasətçi obrazıdır. Qarabağda vuruşduğunu hər zaman ön planda saxlayan, döyüşçü, ”qəhrəman" cildinə girmiş, xislətcə isə korrupsioner, yarımhərbi diktatura yaratmış, daima zirehli maşınlarda, çoxsaylı zəhmli mühafizəçilərin müşayiət etdiyi Robert Köçəryan və Serj Sərkisyandan fərqlənmək, daha yaxşı olduğunu göstərmək üçün ən asan yol İrəvanda velosiped sürmək, Qarabağda quldurluq edib əlinə silah almış “Qarabağ klanı” başçılarından heç də az vətənpərvər olmadığını göstərmək üçün asan yol Şuşada yallı getməkdir".

Politoloq həmçinin qeyd etdi ki, Paşinyan ondan dünyanın 8-ci möcüzəsini gözləyən Ermənistan əhalisi və diaspora qarşısında bir illik hakimiyyəti dövründəki hesabatı bu cür ucuz piar kampaniyası ilə verdi: “Onun Şuşada yallı getdiyi gün ötən il mayın 8-də inqilab, yaxud çevriliş kimi qiymətləndirilən hadisələr nəticəsində parlamentdə baş nazir seçilməsinin düz bir illiyinə təsadüf edirdi və Paşinyan 12 ayda gördüyü, yaxud görə bilmədiyi işlərin uğursuz hesabatını bu cür təqdim etdi. Mübaliğəsiz demək olar ki, Ermənistan təzadlar ölkəsi, Paşinyan isə çoxüzlü piramidanı xatırladır. Məsələn, o, BMT, Avropa Şurası kürsüsündə demokrat, qərbyönümlü lider təəssüratı yaratmağa çalışır, Ermənistanda həyata keçirdiyi sərt metodlarla mahiyyətcə özünün avtoritar təbiətini sübut edir, Azərbaycanda, Şuşada isə görüntüdə saxta vətənpərvər, mahiyyətcə işğalçı təfəkkürlü siyasətçidən uzaq olmadığını isbat edir. O, milliyyətcə bir ermənidir, erməni xalqının hazırkı lideridir və öz davranışları ilə sübut edir ki, bir erməni Qərb tərəfindən hakimiyyətə gətirilsə belə, modern təfəkkürlü şəxs obrazı yaratmağa çalışsa belə, ya xislət etibarilə şovinizmdən uzağa gedə bilməz, yaxud ictimai sifariş, rəhbərlik etdiyi xalqın gözləntiləri ona əsl demokrat olmağa, başqa cür davranmağa imkan verməyəcək. Paşinyan da istisna ola bilmədi, əks halda onu dünən hakimiyyətə gətirən kütlə bu gün daşqalaq edər. Bu təzadlar Ermənistana rəhbərlik edən istənilən şəxsi münaqişəyə hüquq, sivilizasiyalı yanaşma prizmasından yox, şovinist təfəkkürdən çıxış etməyə, yaxud bunu sübut edən davranış sərgiləməyə təhrik edir. Lakin bu məsələdə bütün sivilizasiyalı dünya, ilk növbədə Minsk Qrupu məsuliyyət daşıyır. Təsəvvür edək ki, Azərbaycan suveren dövlət kimi öz hüququndan istifadə edir və Paşinyanın vertolyotuna atəş açılır. Biz həmin vaxt yaranacaq beynəlxalq qalmaqalı təsəvvür edə bilərik. Amma öz ucuz piar kampaniyası, hakimiyyətinin ömrünü uzatmaq üçün suveren dövlətin sərhədini pozan işğalçı dövlətin liderinin hərəkətlərinə göz yummaq olmaz”.

N.Məmmədova hesab edir ki, Azərbaycan bu fürsətdən istifadə edib heç olmasa bundan sonra Paşinyanın Azərbaycan ərazisinə daxil olan vertolyotuna xəbərdarlıq atəşi açmalıdır: “Doğrudur, biz hamımız bilirik ki, Paşinyan ortada sadəcə, kiçik bir fiqurdur və bu güllə tək ona yox, onun havadarlarına atılmış güllə deməkdir. Ancaq o atəş həm də münaqişənin ədalətli həllini istəməyən, haqsız düzəni istəyən, ona şərait yaradan qüvvələrə, hazırkı nizama, diplomatik dildə desək status-kvoya etiraz olardı. Bir güllə belə dünya tarixində çağ qapayıb, çağ açıb. Odur ki, Azərbaycan dövlətinin qanunlarını və beynəlxalq hüququn prinsiplərini saymayan, xalqımıza aşkar hörmətsizlik, saymamazlıq edən, onun heysiyatına toxunan bu cür piarların qarşısı alınmalıdır”.

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930