Bakıda DƏHŞƏTLİ OLAY! "Evdə nəyim var, hamısını yığıb verirdim falçılara" - Vəzifəli şəxsin həyat yoldaşı - ŞOK TƏFƏRRÜAT

Bakıda dələduzluqda təqsirli bilinən "Cindar Hüseyn" ləqəbi ilə tanınan Hüseyn Əlizadə, onun anası Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Rübabə Ağayeva ifadə verib.

Rübabə Ağayeva ana-oğulun dələduzluğu ilə üzləşməsindən danışıb: "Məni elə ələ almışdılar ki, özümü idarə edə bilmirdim. Sarı su verirdilər, içirdim, bədənimə ərəb hərflərilə nələrsə yazırdılar. Tamamilə bu adamlara tabe olmuşdum. Nə istəyirdilər, onu da eləyirdim. Evdə nəyim var, hamısını yığıb verirdim onlara. Bir ilə yaxın müddətdə məni soyub soğana döndərdilər".

Rübabə Ağayeva qeyd edib ki, cadu çıxarmaq, mal-mülkü təmizləməkdən ötrü 216 min 850 manatlıq pul, qızıl-zinət əşyaları verib.

Onun sözlərinə görə, pulların bir hissəsi xarici valyutada olub: "57 min dollar, 15 min funt-sterlinq... Qızılların çəkisi isə təxminən 600 qram olub. Məni inandırmışdı ki, evdə olan pulları, evin özünü, hər şeyi təmizləmək lazımdır. Qızılları da guya təmizləyib qaytaracaqdı. Guya ağırlıq vardı. Hissə-hissə verirdim, manat qurtaranda dedim ki, başqa pul olar? Dedi ki, xarici pul lap yaxşıdır, cinlər bizim puldansa xarici pulları, dolları yaxşı tanıyır, daha rahat təmizləyir.

Pulların bir hissəsini təmizləmək üçün vermişəm, bir hissəsini isə caduları çıxarmaq üçün alıb. Deyirdi ki, göbək, başqa şeylər almaq üçün lazımdır".

Yetkinlik yaşına çatmış övladlarının, nəvəsinin olduğunu deyən zərərçəkmiş qeyd edib ki, bütün bunları həyat yoldaşından gizli edib: "Günlərin birində həyat yoldaşım ev almaq üçün pulları götürmək istəyəndə gördü pul yoxdur. Bundan sonra olanları danışdım. Günahkaram, bu adamlara inanmışam. Məni qorxudurdular ki, filan şeyi eləməsən, nəvən, oğlun ölə bilər. Elə vəziyyətdə idim ki, canımı istəsəydilər, canımı da verərdim".

Rübabə Ağayeva Cindar Hüseyn və anasıyla necə tanış olmalarından da danışıb. Deyib ki, evlərini təmir edən ustalar həyətdən bir bükülüdə nələrsə tapıb. Bundan sonra xalası qızı ilə birlikdə fala baxdırmaq, tapılan bükülünün nədən ibarət olduğunu anlamaq üçün Hüseyn Əlizadənin yanına gedib: "Anasını sonradan tanıdım. Lap birinci dəfə məndən 1500 manat, sonra da 2 min aldılar. Gəldilər ki, guya həyətdən qalan caduları çıxarsınlar. Sonra məni bir yerə aparıb oranı qazdırdılar, mən qazdığım yerdən heç nə çıxmadı. Qazıyıb kənara atdığım torpaqdan nələrsə tapdılar. İnanırdım..."

İttihama görə, "Cindar Hüseyn" ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.

Hüseyn Əlizadə anası ilə birlikdə zərərçəkmiş Rübabə Ağayevanın külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.

Rübabə Ağayeva bildirib ki, "Cindar Hüseyn"ə ümumilikdə 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan Hüseyn Əlizadə və anası alıb.

Cinayət işi üzrə daha 12 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. (teleqraf)

Son xəbərlər

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Serenay Sarıkaya saxlanıldı

ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO

Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031