Xəbərlər
10.09.2026, 22:56
Müəllif : Gülnarə Məhəmmədqızı : SƏNSƏN, DEYƏSƏN - FOTO
Ayrı düşüb, ürək sənsiz virandı,
Ümid yerim, kömək sənsən, deyəsən.
Sənsiz keçən ayım, ilim yalandı,
Ağlımdakı mələk sənsən, deyəsən.
Sızıldayır ürəyimin telləri,
Sarmaz həkim, şəfa verməz əlləri.
Gözlərimdən axır həsrət selləri,
Qurutmağa gərək sənsən, deyəsən.
Könül düşüb eşq dərdinin nəhrinə,
Heyran oldum gözlərinin sehrinə.
Bürünmüşəm gül nəfəsli mehrinə,
Bu dünyama bəzək sənsən, deyəsən.
Həsrətinlə uzun olur gecələr,
Nə biləsən, nələr çəkir, eh... nələr.
Adın ilə bəstələnir nəğmələr,
Avazında dilək sənsən, deyəsən.
Bundan artıq nə söz deyim, qadası,
Ay üzündür, eşqimizin sevdası,
Bu dünyanın yoxdur sənsiz mənası,
Cənnətimdə gül tək sənsən, deyəsən.
Ümid yerim, kömək sənsən, deyəsən.
Sənsiz keçən ayım, ilim yalandı,
Ağlımdakı mələk sənsən, deyəsən.
Sızıldayır ürəyimin telləri,
Sarmaz həkim, şəfa verməz əlləri.
Gözlərimdən axır həsrət selləri,
Qurutmağa gərək sənsən, deyəsən.
Könül düşüb eşq dərdinin nəhrinə,
Heyran oldum gözlərinin sehrinə.
Bürünmüşəm gül nəfəsli mehrinə,
Bu dünyama bəzək sənsən, deyəsən.
Həsrətinlə uzun olur gecələr,
Nə biləsən, nələr çəkir, eh... nələr.
Adın ilə bəstələnir nəğmələr,
Avazında dilək sənsən, deyəsən.
Bundan artıq nə söz deyim, qadası,
Ay üzündür, eşqimizin sevdası,
Bu dünyanın yoxdur sənsiz mənası,
Cənnətimdə gül tək sənsən, deyəsən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








