Xəbərlər
10.09.2026, 13:41
Cümşüd Aydəmir : Yağış şeir dedi... - FOTO
Yağış şeir dedi mənə bu axşam,
Yağışlı şeirlər kitablarda çox...
Bayatı dinlədim ahəstə, aram,
Hərdən pəsdən dedi,hərdən zili çox!
Kövrək xatirələr yumaq kimidi,
Açılır qatbaqat bükülü kimi...
Bir az da utancaq qonaq kimidi,
Gözləri nəmlidi bürkülü kimi...
Apardı illərin qan yaddaşına
fikirlər uzaqda ilişdi qaldı.
Mən tamah salmadım bir yad daşına,
Bəs nədən yad təzək ilişdi qaldı?!
Məmləkət acgözlər yurduna dönür,
Talamaq,calamaq dönüb vərdişə!
İnsanın gözündə həyat da sönür,
Ümidlər qaralır, gərdiş əndişə!...
Yağışlı günlərim sevgiylə dolu,
Qəlbim yuxa olur,kövrək oluram.
Payızlı günlərim həsrətlə dolu,
Məftun könüllərə örnək oluram!
Xudat 08.09.23
Yağışlı şeirlər kitablarda çox...
Bayatı dinlədim ahəstə, aram,
Hərdən pəsdən dedi,hərdən zili çox!
Kövrək xatirələr yumaq kimidi,
Açılır qatbaqat bükülü kimi...
Bir az da utancaq qonaq kimidi,
Gözləri nəmlidi bürkülü kimi...
Apardı illərin qan yaddaşına
fikirlər uzaqda ilişdi qaldı.
Mən tamah salmadım bir yad daşına,
Bəs nədən yad təzək ilişdi qaldı?!
Məmləkət acgözlər yurduna dönür,
Talamaq,calamaq dönüb vərdişə!
İnsanın gözündə həyat da sönür,
Ümidlər qaralır, gərdiş əndişə!...
Yağışlı günlərim sevgiylə dolu,
Qəlbim yuxa olur,kövrək oluram.
Payızlı günlərim həsrətlə dolu,
Məftun könüllərə örnək oluram!
Xudat 08.09.23
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







