Ötən ay Azərbaycanda maksimal temperatur 40 dərəcə olmaqla iyunun 20-də Culfada qeydə alınıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, bu ilin iyun ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı (1–7 dərəcə), 9 gün normadan aşağı (0–2 dərəcə) olub:

"Orta aylıq temperatur 24 dərəcə isti olub və bu da iqlim normasından 1 dərəcə yuxarıdır. Bakı və Abşeron yarımadasında iyun ayında maksimal temperatur iyunun 19-da 37 dərəcə isti (Sumqayıt), bölgələrdə isə (Culfa) 40 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyunun 3-də 11 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin gün temperatur 0 dərəcəyə yaxın (Şahdağ) olub".

N.Mahmudov bildirib ki, iyun ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb:

"Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 168 faizi olmaqla Balakən-Şəki zonasına (Kişçay-Şəki 170 mm), aylıq normanın 295 faizi olmaqla Mərkəzi Aran zonasına (Biləsuvar 59 mm) və aylıq normanın 258 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 26 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü iyunun 07-də Şahdağda 1 sm qeydə alınıb".

Milli Hidrometeorologiya Xidmətinin rəisi vurğulayıb ki, iyun ayı ərzində Daşkəsən, Gədəbəy, Zaqatala, Tovuz, Qazax, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ağstafa rayonlarının bəzi kəndlərində dolu müşahidə olunub:

"Ən iri dolu Ağstafa rayonunda qeydə alınıb və diametri 25–28 mm təşkil edib. İyun ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 6 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib".

Son xəbərlər

Venesuelada zəlzələ qurbanlarının sayı 2295 nəfərə çatdı

"Uzak şehir"in aktyoru yeni serialda - FOTO

Belçika Seneqala qarşı - Yenilənir

ŞƏHİDLİK MÖVZUSU TARİXİN QAN YADDAŞI - FOTO

Bu ürəkdir - FOTO

Türkiyədə bir gündə 20 zəlzələ olub

Yaşlanmanın insan orqanizminə təsirinin əsas SƏBƏBİ

Nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB

İyunda Azərbaycanda maksimal temperatur 40 dərəcəyə çatıb

"Maykl" filmindən tarixi rekord

6 min ton ev quşu isti hava səbəbindən tələf oldu

Viktor Uillis vəfat etdi

Zəlzələyə görə 7 günlük matəm elan edildi

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib

DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib

ŞƏFAQƏT RƏSULOV – 75

Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB

Xəzərə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxıldı - FOTOLAR

İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu

Sabah 35 dərəcə isti olacaq

Sabiq rektor Nurlana Əliyeva vəfat etdi

Elgiz Əkbərin anası vəfat etdi

Peyvəndlər həqiqətən təhlükəlidirmi? - Həkimlər miflərdən danışdılar

"BakıKart" bahalaşdı

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031