
Xəbərlər
1.06.2026, 00:14
VAHİD ÇƏMƏNLİ : Mən bu naməyə bənd-bənd cavab verməyə çalışdım... - FOTO
Dostum Füzuli Soltan lütf edib, mənə bir namə göndərıb. Mən bu naməyə bənd-bənd cavab verməyə çalışdım...
Füzuli Sultan
Nə umurdun Məmmədnəsir dünyadan,
Nəyi var ki, bir həsirdən savayı?!
Nə yazacaq mürəkkəbi qurumuş
Taleyinə kəm- kəsirdən savayı?!
Vahid Çəmənli
Yıxılmadım o qədər də dünyaya,
Nə edəcək az təsirdən savayı.
Gözəlləri qamaşdırdı gözümü,
Bir sirri yox bu sehirdən savayı...
Füzulı Sultan
Aşiq olmamışıq, sanma, dünyaya,
Yaman vurulmuşuq amma dünyaya
Niyə gəldik bu müəmma dünyaya,
Bir sirr varmı, de, bu sirdən savayı?!
Vahid Çəmənli
Halal çörək öz bəhrəmdi, barımdı,
Düz ilqarım sirdaşımdı, yarımdı.
Quru canım sərvətimdi, varımdı,
Mülküm yoxdur bu qəsirdən savayi.
Füzuli Soltan
Bu günündən sabahına güman yox,
Məzlumuna mərhəmət yox, aman yox,
Mürvətinə gözlərini yuman yox
Bu məhbusdan, bu əsirdən savayı.
Vahid Çəmənli
Öturanda haqqım ilə uzə-üz,
Nə etmişəm anlayacam yüzə-yüz.
O da çəkər hesabımı düzə-düz,
Kimi var ki, mən yesirdən savayı?
Füzuli Soltan
Xatırlayıb kimsə yada salarmı,
Görən, kimsə sorub xəbər alarmı?
Füzulidən bir xatirə qalarmı
Bu dünyaya bir qəbirdən savayı?!
Vahid Çəmənli
Gəl bədgüman olma belə özündən.
Vahid kimi quşu vurdun gözündən...
Düz olsan da əllisındən, yüzündən,
Nə görərlər yüz qüsurdan savayı?..
31. 05. 2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











